Fontu böyüt:
Sony Ericsson ilk şəffaf ekranlı telefon proyektinin üzərində işlədiyini açıqlamışdı. “Kiki” kimi maraqlı bir ada sahib olan bu telefon haqqındakı ilk məlumatlar isə olduqca az yayılırdı.
İndi Sony Ericsson proyektini tamamladı və “Xperia Pureness” haqqında mətbuata açıqlama verdi. Xperia Pureness-in şəffaf ekranı yüksək həllolma əmsalı/dəqiqlikli videoları oynatmaq üçün çox uyğun deyil, amma görünüşcə seçilir.
Sony Ericsson-un spikeri telefon haqqında belə deyib:“ Xperia Pureness cib telefonları bir texnologiya məhsulu deyil, bir sənət əsəridir.Dizaynerlərimiz Xperia Pureness-i inkişaf etdirərkən bu məhsulda suyun saflığını əks etdirməyə çalışdılar”. Dünyanın ilk şəffaf ekranlı cib telefonunun noyabr ayında satışa çıxarılacağı gözlənilir.