İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanla Ukrayna aerokosmik sahədə əməkdaşlıq edəcəklər

12.04.2012 [17:54]

Fontu böyüt:      

Ukrayna peyklərin buraxılmasında və kosmik texnologiyaların hazırlanmasında öz xidmətlərini təklif etməyə hazırdır. Həmçinin onların köməyi ilə Azərbaycanda kosmik texnologiyalar və idarəetmə sistemləri üzrə mühəndislərin hazırlanmasına başlanılacaq.
Ukrayna və Azərbaycan arasında ticari-iqtisadi münasibətlər dinamik inkişaf edir. 2011-ci ildə əmtəə dövriyyəsi 1,4 mlrd. dollar təşkil edib. 2012-ci ilin yekunları üzrə 2 mlrd. dollar təşkil edəcəyi planlaşdırılır. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bugünkü mətbuat konfransında bildirib.
    Ukraynanın baş naziri Nikolay Azarovun aprelin 3-4-də Azərbaycana rəsmi səfəri çərçivəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
    “Bizim siyasi sahədə heç bir problemimiz yoxdur və bu da iqtisadi əməkdaşlığın və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı şərait yaradır”, - səfir vurğulayıb.
    Mayın sonlarında, iyunun əvvəllərində Kiyevdə keçiriləcək hökumətlərarası komissiyanın 10-cu iclasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
    Maye qazın nəqlinə dair sazişlər üzərində iş aparılır. Ötən il Azərbaycan Ukrayna NEZ-ə 704 min ton neft nəql edib. SOCAR-ın Ukraynada 25 yanacaq-doldurma məntəqəsi var.
    Səfir Azərbaycanın planlarını nəzərə almaqla, aerokosmik sahədə əməkdaşlıq imkanlarını xüsusilə qeyd edib. Əsasən Ukrayna peyklərin buraxılmasında və kosmik texnologiyaların hazırlanmasında öz xidmətlərini təklif etməyə hazırdır. Dnepropetrovsk Dövlət Universitetinin yardımı ilə Azərbaycanda kosmik texnologiyalar və idarəetmə sistemləri üzrə mühəndislərin hazırlanmasına başlanılacaq.
    Həmçinin səfir aqrar sahədə əməkdaşlığın inkişafının mümkünlüyünü qeyd edib. Yaxın vaxtlarda aqrar siyasəti naziri Nikolay Prisyajnyuk Azərbaycana səfərə gələcək.
    Bundan əlavə, infrastruktur layihələrin - idman qurğularının, aeroportların və s. inşasına dair layihələrin reallaşmasında Ukraynanın “Altkom” şirkətinin imkanları nəzərdən keçirilir.
    Mişenkonun fikrincə, turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial var.
    Öz növbəsində Krım Muxtar Respublikasının kurortlar və turizm nazirinin müavini Nikolay Marinov bildirib ki, Krım sanatoriyasında (“3 ulduz”) bir günün qiyməti cəmi 30 avro təşkil edir. Bura qalma, yemək, diaqnostika və beş tibbi prosedur daxildir.
    Hazırda Lvov və Simferopol istiqamətlərində “AZAL” aviaşirkətinin reyslərinin artırılması imkanları nəzərdən keçirilir.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar