Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda avtomobillərin müəyyən olunan əraziyə giriş-çıxışının təmini və qeydiyyatının aparılması üçün dövlət nömrə nişanlarını kompüter tanıma sistemi hazırlanıb.
Sistem institutun determinik sistemlərdə qərar qəbuletmə üsulları laboratoriyasında yaradılıb. Proqram təminatında avtomobillərin təsviri əvvəlcə videokamera vasitəsilə avtomatik kompüterə ötürülür. Sonra xüsusi hazırlanan proqram dövlət nömrə nişanını tanıyır və məlumat bazasına əlavə edir. Bundan sonra sistemin təyinatından asılı olaraq nəzarətçi şəxsin iştirakı olmadan avtomobilin keçmə vaxtının uçotu və müəyyən əraziyə daxil olması təmin edilir. Məlumat bazasında dövlət nömrə nişanı olmayan avtomobillər isə əraziyə buraxılmır.
Hazırlanan proqram təminatı ilk növbədə Dövlət Yol Polisinin informasiya mərkəzində, həmçinin avtomobil parkına malik müəssisələrdə istifadə edilə bilər.