İnnoVision Labs şirkəti tamaşaçıdan xüsusi eynək taxmağı tələb etməyən və təsvirə istənilən səmtdən baxmağa imkan verən “HoloAd Diamond” adlı holoqrafik (dalğaların interferensiyasına əsasən obyektin həcmli təsvirinin alınması üsulu)televizoru təqdim edib. Itv.az ”Novostey.com” saytına istinadən xəbər verir ki,adi ikiölçülü təsvir və videonu holoqramlara konversiya etməyə qabil olan qurğu Las-Veqasda(ABŞ) keçirilən CES-2011 (Consumer Electronics Show) sərgisində nümayiş olunub. Şirkət sərgidə iki model təqdim edib:
1. HoloAD Diamond:DS3_Kİng 1280x1024piksel təsvir dəqiqliyinə, 450Vt gücə malikdir. Çəkisi isə 95kq-dır.
2. Holoproyektorun kiçik modeli-DS3_Queen adlanır, çəkisi 16 kq-dır, 640x480 piksel təsvir dəqiqliyində 200Vt sərf edir.
Gözoxşayan görünüşünə və qurğuların çəkisinə baxmayaraq, şirkətdə HoloAD Diamond-u gələcəyin 3D-televizorunun analoqu hesab edirlər. Holoqrafik televizorun böyük modelinin qiyməti 10 min ABŞ dolları, kiçik modelinin qiyməti isə 4,5 min ABŞ dolarıdır.
Qeyd edək ki, bu sərgi ABŞ-da 1967-ci ildən keçirilir. // itv.az