Fontu böyüt:
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildiriblər ki, ötən il pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 70 faizi pensiyasını plastik kartlarla alır. Bu məqsədlə 417, o cümlədən kənd və qəsəbələrdə 51 əlavə bankomat qurulub. Həmin göstərici üzrə Azərbaycan dünyada ən şəffaf təcrübəyə malik ölkələrdən biri hesab olunur.