Fontu böyüt:
“WİKİLEAKS”in qurucusu Julian Assanc: “Dərc etdiyim hər xəbər həqiqətə söykənir”
Dünyanı lərzəyə gətirən Wikileaks saytı və onun qurucusu Julian Assanc çox maraqlı isimlərdir. Assancın keçmişi haqda dəqiq məlumatlar yoxdur. Avstraliyada doğulan Assancı anası tək böyüdüb. Hələ 14 yaşı olmadan anası ilə 37 dəfə fərqli yerlərə köçüb və 11 yaşında ikən evdən qaçıb. Onun hərəkətlərindən narahat olanlar iddia edirlər ki, Assanc gənc yaşlarında hakerlik etməyə başlayıb, təşkilatlara zərər verib.
Bir başqa məlumata görə isə, onun anası ilə atası Vytenam müharibəsi əleyhinə nümayişdə tanış olublar. Müxalif tərafdarı olması da ona valideynlərindən qalan “miras”dır.
Assanc və dostları bir çox saytları sıradan çıxarıblar. Bu saytlar içərisində Amerika müdafiə nazirliyinin saytının da olduğu bildirilir. Assancın fəaliyyəəti bir müddət vətəni Avstraliyada izlənilib. Hakim qarşısına çıxarılsa da, simvolik təminatla xilas ola bilib. Bu hadisədən sonra hakerlikdən əl çəkən Assanc özünə jurnalistika sahəsində karyera qurmaq qərarına gəlib. 2006 –cı ildə “WİKİLEAKS” adlı saytı yaradan Assanc gizli məlumat və sənədləri dərc edir. Keniyaya dair yaydığı məlumatlara görə, 2009-cu ildə Beynəlxalq Əfv Təşkilatından mükafat alan Avstraliyalı jurnalist keçən ilin aprel ayında iraqlı vətəndaşların və “Reuters” agentliyinin fotoqrafının ABŞ əsgərləri tərəfindən öldürülməsinə dair görüntülərlə İraqda gərginlik yaradıb. 5 redaktoru və 800 könüllüsü olan “Wikileaks”in rəhbəri Assanc bütün bunları gizli şəkildə dərc etdirmək məcburiyyətindədir. O öz fəaliyyətini davam etdirmək üçün Şərqi Afrikada Keniya və Tanzaniyaya, bəzən isə İslandiyaya gedib.
Yaxın zamanlarda o Türkiyənin “Hürriyyət” qəzetinə verdiyi məlumatda Wikileaks həqiqətlərindən danışıb.
Assancın “Hürriyyət” qəzetinə verdiyi müsahibədə söyləyib ki, “Dərc etdiyim hər xəbər həqiqətə söykənir. Qəzetlərin etməli olduğunu Wikileaks edir. Buna görə də dünyanın dörd bir yanından inanılmayacaq dəstəklər gəlir. Çox gözəl insanlar mənə dəstək verir. Buna görə də ürəyim rahatdır”.
Babayeva Lalə