Fontu böyüt:
Bilindiyi kimi, ulduzların əksəriyyəti boş vaxtlarını dünyanın ən məşhur sosial şəbəkələri olan Facebook və Twitterdə keçirir. Komandaların baş məşqçiləri bunun qarşısını almaq üçün tədbirlər görür. İlk belə tədbir İngiltərə yığma komandasının baş məşqçisi Kapellodan gəlib. Şəbəkələrdəki söhbətlərin futbolçuların əhvalına mənfi təsir edə biləcəyi düşünən məşqçi yığma düşərgəsində olan 30 oyunçunun hamısına Facebook və Twitter qadağası qoyub. Kapellodan sonra İspaniya yığma komandasının baş məşqçisi Visente Del Boske də analoji tədbiri görüb.
Xatırladaq ki, bu yaxınlarda brazilyalı futbolçu Kakanın həyat yoldaşı Twitterdə Realın baş məşqçisi Pelleqrinini tənqid etmişdi. Bu hadisədən sonra Kaka həyat yoldaşının adından üzr istəmişdi. Göründüyü kimi, İngiltərə və İspaniya məşqçiləri belə halların baş verməməsi üçün indidən tədbirlər görürlər.