İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«Əgər RİTN-in hazırladığı saytda problemlər varsa, kosmosa necə uça bilərik?»

03.08.2009 [21:02]

Fontu böyüt:      

«Gündəlik Bakı» qəzetinin baş redaktoru: «Əgər nazirliyin hazırladığı saytın hansısa problemləri varsa, kosmosa necə uça bilərik. Çünki qeyd olunan nazirlik kosmosa peyk buraxmaq istəyir.»

Xəbər verdiyimiz kimi, «Gündəlik Bakı» qəzetinə qarşı haker müdaxiləsi olub.
Dünən faktla bağlı açıqlama verən qəzetin baş redaktoru Habil Vəliyev rəsmi şəkildə Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Respublika Baş Prokurorluğuna məktub şəklində müraciət ediyini bildirmişdi.

Müraciətdə sayta edilən müxadilənin qarşısının alınması və bu hərəkətin kim tərəfindən edildiyinin aydınlaşdırılması xahişi olunurdu.

Dünən həmçinin sayta edilmiş müdaxilənin məsuliyyətini üzərinə götürən  «Azerbaijan Defacers» haker qrupunun üzvü, özünü Hero_Aze ləqəbli haker kimi qələmə verən şəxs Qaynar.info-nun  elektron poçtuna məktub yazaraq, bəzi məsələlərə aydınlıq gətirmişdi.

Haker bildirirdi ki, saytı dağıtmaq fikrində olmayıb, sadəcə proqramda olan boşluqları aradan qaldırılması üçün xəbərdarlıq edib: \\Məcbur olub sizin passwordunuzu (parolunuzu- red.) dəyişdim ki, erməni cəlladları sizin saytı hacklayıb (dağıdıb- red.) gedib öz media saytlarında toy-bayram etməsinlər\\.

Hətta haker MTN-ə və digər qurumlara müraciət etməyin yersiz olduğunu bildirirdi. Və qeyd edirdi ki, istəsələr o, redaksiyaya gəlib hər şeyi aydınlaşdırar.

Məsələ ilə bağlı Qaynar.info-ya açıqlama verən «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bir daha qeyd etdi ki, qəzetə kənar müdaxilənin olması narahatedicidir: «Biz müxtəlif ünvanlara, hətta ölkə başçısına müraciət edib, hər bir məsələnin aydınlaşdırılmasını xahiş etdik. Bizim bu müraciətimizdən sonra sayta müdaxilə edən şəxs Qaynar.info-da öz münasibətini bildirib. Həmin şəxs göstərir ki, saytımızda boşluqlar var. Yəni biz həmin boşluqları doldurmalıyıq, yaranmış problemi aradan qaldırmalıyıq. Biz hər kəsin məsləhətinə qulaq asa bilirik. Əgər bu şəxs normal bir vətəndaş kimi bizə yaxşılıq etmək istəyirsə, buyurub redaksiyamıza gəlsin. Mərd insanlara qarşı çox mərdanə münasibətdəyik. Çünki ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də mərd-mərdanə vuruşmuşuq. Yəni burada bizim üçün narahatlıq yoxdur. Mən bu şəxsə o zaman «çox sağ ol» deyərəm ki, gələr redaksiyamıza və deyər ki, bunu bu məsələlərdən ötrü etmişəm. Biz bu şəxsi gözləyirik, gəlib çatışmazlıqlarımızı göstərsin, biz də  həmin çatışmazlıqları aradan qaldıraq. Həmin şəxs Qaynar.info-ya bildirib ki, mən bu yöndə vətən, dövlət üçün yardımçıyam. Əgər yardımçıdırsa, redaksiyamıza açıq şəkildə zəng vurub deyə bilərdi ki, mən sizə bu köməyi etməyə hazıram. Kimliyindən asılı olmayaraq, biz onu qəbul edərdik».

Hero_Aze ləqəbli hakerin saytda olan açıqlarla bağlı adminə hansısa məlumat verməsinə gəldikdə baş redaktor bildirdi ki, saytın hazırlanmasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən köməklik olunub: «Əgər nazirliyin hazırladığı saytın hansısa problemləri varsa, kosmosa necə uça bilərik. Çünki qeyd olunan nazirlik kosmosa peyk buraxmaq istəyir. Cənab Əli Abbasov hər sözünün başlanğıcında bildirir ki, kosmosda peyk yerləşdiririk. Bilmək istəyirəm, əgər saytımızda açıqlar varsa, bu, necə ola bilər?»


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar