Fontu böyüt:
Bu sözləri DATA Mərkəzinin açılışında iştirak edən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov internetə dövlət nəzarətinin olması ilə bağlı sualları cavablandırarkən deyib.
Nazir bildirib ki,:“Azərbaycan qanunvericiliyinə uyğun olaraq internetə nəzarət yalnız bir halda ola bilər. İnformasiya Əldə etmək haqqında olan qanuna görə, informasiyanın qeyri-qanuni olaraq mənimsənilməsi, dağıdılması və qanundan kənar digər hallar olarsa, internetə nəzarət ola bilər. Amma internetə birbaşa nəzarət yoxdur. İnternet azaddır."