Fontu böyüt:
Azad Avropa/Azadlıq radiolarının prezidenti Cefri Gedmin Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə bağlı mövqeyini açıqlayıb. APA-nın xəbərinə görə, C. Gedman radioya açıqlamasında qərardan məyus olduğunu söyləyib:
«Məncə, bu, çox məyusedicidir, həm də hər şeydən əvvəl Azərbaycan xalqına görə məyus oluram. Biz Azərbaycanda müstəqil, etibarlı və dəqiq xəbər, informasiya mənbəyi kimi tanınırdıq. Bizi və o biri xarici radioları - BBC və «Amerikanın səsi»ni yerli tezliklərdən çıxarmaqla onlar xalqı vacib informasiya almaq imkanından məhrum etdilər. Həyat yolunu seçən, vətəndaş cəmiyyətini qurmağa çalışan xalqın hərəkət etməsi üçün bu informasiyaya ehtiyacı var”.
xeberler.az/Ellada