Fontu böyüt:
2014-cü ilin ilk doqquz ayında dünyada maliyyə texnologiyaları bazarının həcmi 4,2 milyard dollar təşkil edib. Bu barədə “Life.SREDA” vençur fondunun araşdırmasında deyilir.
Maliyyə texnologiyalarına
investisiyalar ildə iki dəfə artır. 2012-ci il ərzində sərmayə qoyuluşları 1,6
milyard, 2013-cü ildə 2,2 milyard dollara bərabər olub. Fondun proqnozlarına
görə, cari ildə bu göstərici 5 milyard dollara, 2018-ci ilədək 8 milyard
dollara çatacaq.
Analitiklər yanvar üzrə “The Wall
Street Journal” və “Dow Jones VentureSource” nəşrlərinin tərtib etfiyi qiymətləndirməsi
1 milyard dolları ötən 37 startap siyahısında "LendingClub”, “Square” və
“Stripe” kimi üç maliyyə texnoloji startapının yaranmasını qeyd edirlər.
2014-cü ilin yekunları üzrə onlara “KreditKarma” layihəsinin (kredit tarixçəsinin
idarə edilməsi) əlavə olunacağı bildirilir. “CrunchBase” resursunun 2014-cü
ilin avqustuna olan məlumatına görə, maliyyə texnoloji startapları digər şirkətlərlə
müqayisədə daha çox investisiya cəlb ediblər. Apple (Apple Pay ilə), Facebook, Google
və Amazon kimi iri şirkətlər bu bazarda layihələrə malikdir.
2014-cü ilin ilk üç rübündə
bazarın iri investisiya seqmenti onlayn kreditləşmə (1,46 milyard dollar məbləğində
investisiyalar), mikromaliyyələşmə (568 milyon dollar), “P2P” kreditləşmə (484
milyon dollar) və s. olub.
“Life.SREDA” vençur fondu maliyyə
mobil və internet startaplarına investisiya qoyuluşlarında ixtisaslaşıb.
2012-cü ilin oktyabrında kapitallaşma dəyəri 100 milyon dollar təşkil edən
"Life.SREDA II” fondunun açılması elan edilib, - “Lenta” yazır.