İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıdakı köhnə və yeni ünvanlar dəyişməyəcək

13.01.2015 [11:33]

Fontu böyüt:      

Nail Mərdanov: "Elektron xidmət vasitəsilə dəqiq ünvan avtomatik olaraq göstəriləcək"

Nail Mərdanov: "Elektron xidmət vasitəsilə dəqiq ünvan avtomatik olaraq göstəriləcək"

Bir neçə bloklu binanın hər blokunun girişinə verilən ünvanların tək, yaxud cüt rəqəmlə başlaması, köhnə ünvanların isə fəaliyyətdə olmaması ucbatından ictimaiyyətdə ciddi çaşqınlıq yaradıb. Məsələn, Nəsimi rayonundakı Rəşid Məmmədov küçəsi 13 ünvanında yerləşən 4 bloklu mənzilin 1-ci blokuna 29, 2-ci blokuna 31, 3-cü blokuna 33, 4-cü blokuna isə 35 nömrəli ünvan verilib. Bu isə hansısa bir iş üçün həmin ünvanları axtaranların işini çətinləşdirir.

Artıq dövlət qurumları sözügedən problemin həlli istiqamətində müəyyən işlər görməkdədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) rəhbəri Nail Mərdanov bildirir ki, "Elektron hökumət" portalı üzrə daha bir prioriteti açıqlanıb.

Onun dediyinə görə, bu, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Ünvan Reyestri İnformasiya Sisteminin portala inteqrasiyası prosesidir: "Bu proses reallaşdıqdan sonra artıq ünvanla bağlı istənilən e-xidmətdən istifadə zamanı dəqiq ünvan avtomatik olaraq göstəriləcək. Belə e-xidmətlər vasitəsilə yeni ünvanla yanaşı, köhnə ünvan da ekranda əks olunacaq. Ona görə də müvəqqəti problemə görə narahatlığa dəyməz".

ƏMDK-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Qulu Xəlilov isə «Həftə içi»nə açıqlamasında vurğulayır ki, yeni və köhnə ünvanlarla bağlı müəyyən çaşqınların yaranması barədə məlumatlıdır. «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nda dəyişikliklər edilməsi barədə» ölkə prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli fərmanının icrası ilə bağlı Bakı şəhəri üzrə nəqliyyat infrastrukturu obyektlərinin ünvanlarının müəyyənləşdirilir. Onun dediyinə görə, paytaxtın 405-dən çox küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları ƏMDK ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində müəyyənləşdirilib və təsdiq edilib: "Əvvəllər yalnız binalara ünvanlar verilirdisə, indi binaların hər bir blokuna, yəni hər bir girişə ünvan verilir. Ancaq yeni ünvanlar hələlik mərkəzi sistemə qəbul edilmədiyi üçün tam fəaliyyətdə deyil. Ona görə də aidiyyəti dövlət orqanları, o cümlədən, kommunal xidmətlər üzrə qurumlar müəyyən problemlərlə üzləşə bilərlər. Lakin bununla belə yeni ünvanlarla yanaşı, köhnə ünvanlar da fəaliyyətdədir. Ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri həyata keçirilir. Onun sözlərinə görə, yeni qaydalara əsasən ünvanların verilməsi işlərinə başlanılması üçün Cənubi Koreyanın «SK C&C» Co LTD şirkəti tərəfindən Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sistemi (ÜRİS) yaradılıb. Bu sistem ölkə üzrə ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malik olacaq. Sistem həm də milli məkan məlumatları ilə, yəni daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək. Bakı şəhərində mövcud küçə və prospektlər üzrə yeni qaydalar əsasında hazırlanmış ünvan lövhələrinin quraşdırılması işləri mərhələlərlə başa çatdıqdan sonra mütəmadi olaraq vətəndaşlara, dövlət təşkilatlarına, hüquqi şəxslərə, həmin ərazidə yaşayan sakinlərə yeni ünvanları barədə ƏMDK tərəfindən müvafiq qaydada ətraflı məlumatlar veriləcək".

Qulu Xəlilov əlavə edir ki, ötən ilin sonunadək Bakı şəhəri üzrə 1325-dən, Sumqayıt şəhəri üzrə 80-dən, Gəncə şəhəri üzrə 684-dən, Mingəçevir şəhəri üzrə 23-dən, Şirvan şəhəri üzrə isə 35-dən artıq küçə və prospektlərin daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun giriş və daxili ünvanları təyin edilib: "Bakı şəhərinin 304-dən artıq küçə və prospekti üzrə giriş nömrə nişanları, bina ünvan lövhələri, 5 ədəddən çox informasiya lövhəsi, 16 ədəddən artıq park informasiya lövhəsi və 30 ədəddən çox küçə istiqamətləri nişanı quraşdırılıb".(Həftə içi)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar