İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

29.12.2010 [16:29]

Fontu böyüt:      

Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək. Bunu rabitə və informasiya texnologiyları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının veb-saytına verdiyi müsahibədə bildirib. Nazirin sözlərinə görə, «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» prezident sərəncamı və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə

 Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək. Bunu rabitə və informasiya texnologiyları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının veb-saytına verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» prezident sərəncamı və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı və tətbiqi üçün geniş imkanlar açıb: «Nəzərə alsaq ki, peykin orbitə çıxarılması üçün zəruri olan şərtlərdən biri orbital mövqenin əldə olunmasıdır və SSRİ dağılarkən, yurisdiksiyasında olan orbital mövqelərin onun hüquqi varisi olan Rusiyaya keçməsi səbəbindən digər MDB ölkələri kimi Azərbaycan da özünün orbital mövqeyinə malik deyildir. Buna görə də, Azərbaycan orbital mövqenin əldə edilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə danışıqlar aparmaqla paralel, peykin orbitə çıxarılması üçün region ölkələrinin etdiyi cəhdlərin üstələnməsi üçün peykin yerləşəcəyi orbital mövqenin əldə olunması üzrə səylərini artırıb».

Ə.Abbasov qeyd edib ki, mövcud bazar şəraitində Malayziya hökumətinə məxsus və «Measat» şirkəti tərəfindən birgə istifadə üçün təklif olunan 460Ş orbital mövqedən istifadənin kommersiya baxımından daha cəlbedici olduğu məqbul hesab edilib və cari ilin may ayında birgə istifadə barədə müqavilə bağlanıb: «BTİ ilə aparılan danışıqların nəticəsi olaraq, Azərbaycana məxsus orbital mövqelər müəyyən edilib və təsdiqlənib. Demək olar ki, növbəti peyklərimiz Azərbaycanın özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək».

Nazir həmçinin bildirib ki, artıq peykin orbitə çıxarılması tədbirləri çərçivəsində peykin istehsalı və orbitə çıxarılması üzrə müvafiq olaraq «Orbital» və «Arianespace» şirkətləri ilə müqavilə imzalanıb və Azərbaycanın ilk telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur.

«Azərbaycan peykinin tutumlarının kommersiya məqsədilə digər ölkələrə satışı ilə yanaşı, ölkənin bütün ərazisində keyfiyyətli yayımın təmin edilməsi, simli rabitənin mümkün olmadığı yerlərdə peyk vasitəsilə internet, VPN və bu kimi sürətli IP xidmətlərindən istifadə edilməsi mümkün olacaqdır ki, telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında süni peykə malik Rusiyadan sonra ikinci ölkə olacaq və regionda bu sahədə öz liderliyini daha da gücləndirəcək», - deyə Ə.Abbasov vurğulayıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar