Fontu böyüt:
“Elektron hökumət quruculuğu dövlət
siyasətidir. Elektron hökumət siyasəti ölkəmizdə yoxsulluğun, korrupsiyanın
azaldılması istiqamətində ölkədə həyata keçirilən siyasətdir. Bu baxımdan
yaradılan elektron hökumət portalının fəaliyyətinin və elektron hökumətin
formalaşması üzrə dövlət qurumları tərəfindən görülən işlərin çox böyük təsiri
var”.
Xeberler.az-ın məlumatına görə,
bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Mənim
elektron hökumətim” məqalə və video müsabiqəsinin qaliblərinin
mükafatlandırılma mərasimində deyib.
O, qeyd edib ki, elektron hökumət
quruculuğu prezident İlham Əliyevin daim diqqətindədir: “Onun nəticəsidir ki,
Azərbaycan BMT-nin hesabatlarında İKT siyasətinin prioritetləşdirilməsi,
İKT-nin dövlət orqanlarında tətbiqi üzrə ilk onluqdadır və 6-8-ci yerləri
tutur. Bu da onu göstərir ki, ölkədə aparılan bu siyasət düşünülmüş, kompleks və
ardıcıl bir siyasətidir. Həmçinin, Azərbaycan bu il BMT-nin “Elektron hökumət”in
inkişaf səviyyəsinə görə reytinqində 68-ci yeri tutub”.
Elmir Vəlizadə bildirib ki,
elektron hökumət portal istifadəçilərinin sayı 5 milyonu keçib: “Vətəndaşlara
göstərilən elektron xidmətlərin da sayı artıb. Artıq 452 elektron xidmət vətəndaşların
ixtiyarına verilib. Bizim üçün vacib olan vətəndaşlarımız elektron xidmətlərdən,
mövcud olan potensiallardan xəbərdar olsun və o xidmətlərdən istifadə etsinlər”.“Elektron
hökumət quruculuğu dövlət siyasətidir. Elektron hökumət siyasəti ölkəmizdə
yoxsulluğun , korrupsiyanın azaldılması istiqamətində ölkədə həyata keçirilən
siyasətdir.Bu baxımdan yaradılan elektron hökumət portalının fəaliyyətinin və
elektron hökumətin formalaşması üzrə dövlət qurumları tərəfindən görülən işlərin
çox böyük təsiri var”.
Xeberler.az-ın
məlumatına görə, bunu rabitə və yüksək
texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Mənim elektron hökumətim” məqalə
və video müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində deyib.
O,
qeyd edib ki, elektron hökümət quruculuğu prezidenti İlham Əliyevin daim diqqətindədir:
“Onun nəticəsidir ki, Azərbaycan BMT-nin hesabatlarında İKT siyasətinin
prioritetləşdirilməsi, İKT-nin dövlət orqanlarında tətbiqi üzrə ilk onluqdadır
və 6-8-ci yerləri tutur. Bu da onu göstərir ki, ölkədə aparılan bu siyasət
düşünülmüş, komlpleks və ardıcıl bir siyasətidir. Həmçinin, Azərbaycan bu il
BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə reytinqində 68-ci yeri
tutub”.
Elmir
Vəlizadə bildirib ki, elektron hökumət portal istifadəçilərinin sayı 5 milyonu
keçib: “Vətəndaşlara göstərilən elektron xidmətlərin da sayı artıb. Artıq 452
elektron xidmət vətəndaşların ixtiyarına verilib. Bizim üçün vacib olan vətəndaşlarımız
elektron xidmətlərdən, mövcud olan potensiallardan xəbərdar olsun və o xidmətlərdən
istifadə etsinlər”.
Mirvari Nəcəf