İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron Təhlükəsizlik Mərkəzi nüfuzlu beynəlxalq təşkilata üzv oldu.

09.07.2014 [11:44]

Fontu böyüt:      

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Anti-Phishing Working Group" (APWG ) beynəlxalq təşkilatına üzv olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında  Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Anti-Phishing Working Group" (APWG ) beynəlxalq təşkilatına üzv olub. Beləliklə, ETM sözügedən qurumun tədqiqat qrupunun rəsmi üzvləri sırasına daxil olub.
Bu hadisə Azərbaycanda elektron təhlükəsizlik sahəsində həyata keçirilən siyasətin beynəlxalq arenada da uğurla davam etdirilməsinə imkan yaradacaq.
"APWG"-lə əməkdaşlıq üzvlərə tədqiqat tərəfdaşlığı hüququ verir. Tədqiqat tərəfdaşı "APWG" tərəfindən müəyyən olunan "Fişinq Hesabat" ünvanında "Fişinq Hesabat Fondu Məlumatları"na çıxış əldə etmək hüququna malik olur.
Tədqiqat tərəfdaşı bununla Hesabat Fondu Məlumatlarında saxta "phishing" məlumatlarını düzgün və dəqiq göstərməsini təmin etmək üçün səy göstərmək və "APWG" üzvləri tərəfindən yanlış hesab olunan hər hansı bir məlumata düzəliş etmək haqqı əldə edir. Həmçinin tərəfdaşlara "APWG" xəbərlər və hesabatlarına abunə olmaq, onlardan istifadə etmək, qurumun iclaslarında iştirak etmək hüququ da verilir.
 Hazırda dünya ölkələrindən 2000-dən çox müəssisənin üzv olduğu "APWG" 2003-cü ildən fəaliyyət göstərməkdədir. Qurum sənaye, hökumət və hüquq-mühafizə sektorlarında kibercinayətkarlıqla qlobal mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq koalisiyadır. Bu təşkilat fişinq və kibercinayətkarlıq məsələlərini müzakirə etmək, potensial texnoloji həlləri təmin etmək üçün vahid platforma rolunu oynayır.
Artıq Azərbaycanın da üzv olduğu "Anti-Phishing Working Group" Avropa Şurası, Kibercinayətkarlıq haqqında Avropa Şurası Konvensiyası, Birləşmiş Millətlər Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi, Amerika Dövlətləri Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlıq etməkdədir. 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar