Nazir müavininin sözlərinə görə, təşkilati məsələlər həll olunduqdan sonra “YT Park”ın tikintisinə, eyni zamanda fəaliyyət istiqamətləri üzrə konsepsiyasının hazırlanmasına başlanılacaq. Nazirliyinin tabeliyində
Hazırda “Yüksək Texnologiyalar Parkı”nın (“YT Park”) formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında məlumat verib.
Nazir müavininin sözlərinə görə, təşkilati məsələlər həll olunduqdan sonra “YT Park”ın tikintisinə, eyni zamanda fəaliyyət istiqamətləri üzrə konsepsiyasının hazırlanmasına başlanılacaq. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb.
“Yüksək Texnologiyalar Parkı”- informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Parkın fəaliyyəti nəticəsində iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyəti artırılacaq. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək. Elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək. (ictnews.az)