Dilmanc" layihəsi çərçivəsində mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilib.
Dilmanc" layihəsi çərçivəsində mətnin səsləndirilməsi sisteminin yeni versiyası istifadəyə verilib.
Layihənin icra qrupundan "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata əsasən, bu versiyada intonasiya ilə bağlı bəzi problemlər həll olunmuş, sual və nəqli cümlələrin intonasiyası və səs tonu təkmilləşdirilmiş, durğu işarələri və pauza kimi problemlər qismən həll olunub.
"Dilmanc" mətnin səsləndirilməsi sisteminin daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir. "Dilmanc" mətnin səsləndirilməsi sistemindən "http://tts.dilmanc.az" daxil olmaqla istifadə etmək olar.