“Startup Azərbaycan” yarımfinalçılarının ekspertlər qarşısında oflayn təqdimatları iyunun 21-də Yüksək Texnologiyalar Parkında baş tutacaq.
“Startup Azərbaycan” yarımfinalçılarının ekspertlər qarşısında oflayn təqdimatları iyunun 21-də Yüksək Texnologiyalar Parkında baş tutacaq.
Təşkilat komitəsindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, yarımfinalçılar qeyd olunan müddətədək “Startup Azərbaycan” iştirakçıları biznes plan və təqdimatlar təqdim etməlidirlər.
Təqdimat maksimal 6 - 7 slayddan ibarət olmalıdır. Təqdimat biznes-plan əsasında hazırlanmalı və bura iştirakçı haqda məlumat - komanda, layihənin əsas ideyası və cəlbediciliyi, layihənin gəlirləri və xərcləri, əhatə dairəsi, yəni layihənin lokal və ya qlobal olması, rəqabətə və risklərə davamlılığı və s. məlumatlar daxil olmalıdır.
Biznes-planın təqdim edilməsi üçün son tarix iyunun 17-dir. Təqdimatların son təqdim etmə tarixi iyunun 19-dur, onlar “
[email protected]” ünvanına göndərilməlidir.
Ekspertlərə paylamaq üçün layihə haqqında çap olunmuş buklet – reklam vərəqi gətirilməlidir. Hər bir təqdimat üçün 3-5 dəqiqə, sual-cavab üçün 1-2 dəqiqə vaxt ayrılacaq.
Təqdimatın yekununda ekspertlər layihələri 5 istiqamət üzrə qiymətləndirəcək: komanda, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi.
Nəticələr “Startup Azərbaycan” Yekun Təqdimat mərasimində açıqlanacaq. (ICTnews)