21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda əhalinin böyük əksəriyyəti əmək haqqı və digər ödənişləri plastik kartlarla edir. Bu günə pensiyaçıların artıq 98 faizi kartlardan istifadə edir. Bunların nəticəsində plastik kartla əməliyyatların sayı artsa da, bəzi hallarda, xüsusilə də internetdə aparılan əməliyyatlarda müştərilər aldadılır.
Prosessinq şirkətlərindən birinin şöbə müdri Cahangir Məmmədovun fikrincə, belə təhlükələrdən qorunmaq üçün pin kodların və digər məlumatların gizli saxlanması vacibdir. Onun sözlərinə görə, indi internetdə alış-veriş gündən-günə artır: “Biz müştərilərə internetdə alış-veriş aparmağın riskli olduğunu izah edirik. Adətən olur ki, internetdə fırıldaq əməliyyatları aparmaq üçün xüsusi saytlar yaradılır. O saytlar da çox vaxt tanınmış saytlara oxşadılır”.
C. Məmmədov deyir ki, birinci dəfə alış-veriş aparmaq istəyən insan ola bilsin ki, internetdən başı çıxmır və elə bilir ki, bu sayt da elə həmin saytdır: “O, kart məlumatlarını daxil edir və bu zaman həmin kartdan kifayət qədər vəsait silinə bilər. Biz tövsiyyə edirik ki, əgər kimlərsə internetdən əməliyyatlar aparmaq istəyirlərsə, hər bankın xüsusi internet kartları var. Onlar bu bankın saytlarından istifadə etsinlər”.
mənbə: Anspress