Milli İnternet Mükafatı - Milli Net 2012 –də səsvermənin 1-ci mərhələsi başa çatıb.
Məlum olduğu kimi Müsabiqəyə 13 Nominasiya üzrə 399 sayt təqdim edilmişdi. Onlardan yalnız 326 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Milli İnternet Mükafatı - Milli Net 2012 –də səsvermənin 1-ci mərhələsi başa çatıb.
Məlum olduğu kimi Müsabiqəyə 13 Nominasiya üzrə 399 sayt təqdim edilmişdi. Onlardan yalnız 326 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
AİF tərəfindən , Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirməsində iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 13 Nominasiya üzrə ən yaxşılar olan
82 sayt Nominant statusu alıb.
Səsvermənin 2-ci mərhələsi 03 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə başa çatacaq. Müsabiqə Komissiyası 15 dekabr tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin 19 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Cari ildə ilk dəfə olaraq “Ən yaxşı sosial şəbəkə” və “StartUp 2012” Nominasiyaları da əlavə olunub.
“Ən yaxşı sosial şəbəkə” Nominasiyasının qaliblərinə SAZZ şirkətinin xüsusi mükafatları da təqdim olunacaq.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Geniş məlumat : www.millinet.az