Fontu böyüt:
Yaddaş çipləri istehsal edən “SanDisk” və “Toshiba” şirkətləri birgə müəssisə təsis etdikləri barədə elan ediblər.
Birgə müəssisə çərçivəsində tərəflər NAND formatında müasir fləş-yaddaş nümunələri istehsal edəcəklər.
Yeni struktur üçün “Toshiba” Yaponiyanın Yokkaiçi şəhərində yerləşən zavodunun əsas istehsal qüvvələrini təqdim edəcək. “SanDisk” isə öz növbəsində yeni zavodu ən müasir avadanlıqla təchiz edəcək. Lakin razılaşmaya əsasən, zavodun idarə olunmasının “Toshiba” tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulur.
“Cybersecurity”nin yazdığına görə, şirkətlərin birgə bəyanatında qeyd olunur ki, bu gün bazarda musiqi yazıları, böyük fotoşəkillər və video ilə işləmək imkanına malik sürətli və irihəcmli fləş-yaddaş modullarına tələbatın artması tendensiyası başlanır.
Gələcəkdə tərəflər həmçinin smartfon üçün yaddaş çiplərinin, eləcə də SSD-toplayıcıların birgə istehsalına başlamağı planlaşdırırlar.
Mənbə APA