İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ölkədə İnternet xidmətləri nə üçün keyfiyyətsizdir ?

14.10.2010 [12:30]

Fontu böyüt:      

AİF tərəfindən sentyabr ayı ərzində ölkədə internet xidmətinin keyfiyyəti ilə bağlı aparılan Monitorinq və araşdırmanın növbəti mərhələsi başa çatıb. Monitorinq müddətində ölkədə internet trafikdən istifadə üzrə vəziyyət, konkret provayderlər üzrə bu xidmətin keyfiyyəti və ADSL istifadəçilərin artım tempi araşdırılıb.

AİF tərəfindən sentyabr ayı ərzində ölkədə internet xidmətinin keyfiyyəti ilə bağlı aparılan Monitorinq və araşdırmanın növbəti mərhələsi başa  çatıb. Monitorinq müddətində ölkədə internet trafikdən istifadə üzrə vəziyyət, konkret provayderlər üzrə bu xidmətin keyfiyyəti və ADSL istifadəçilərin artım tempi araşdırılıb.

Monitorinqə 01 sentyabr 2010-cu il tarixdə, Delta Telekom şirkəti tərəfindən  Provayderlərə satılan internetin qiymətinin 2 dəfə endirilməsindən sonra start verilmişdi. Bu qiymət endiriminin kifayət qədər əhəmiyyət  daşıması baxımından gözləmək olardı ki , ölkədə internetin keyfiyyəti xeyli yaxşılaşacaq və ADSL istifadəçilərin sayı artacaq.

AİF bildiri ki , Monitorinqin ilkin nəticələri, vəziyyətin nəinki yaxşılaşdığını, əksinə bir  sıra Provayderlər üzrə keyfiyyət  faktorunun sentyabrdan əvvəlki dövrlərə nisbətən kəskin surətdə pisləşdiyini göstərir. 

Araşdırmaların nəticəsi olaraq  təəccüblü və acınacaqlı fakt ondan ibarətdir ki, Delta Telekom şirkətinin endirimindən sonra real olaraq ölkə üzrə istifadə olunan internet trafikin həcmində heç bir  ciddi dəyişiklik baş verməyib. Əvvəlki qaydada olduğu kimi yenə də ölkə üzrə təxminən 8 Gb/s internet trafikdən istifadə olunur .Bu isə deməkdir ki, əslində Provayderlər ucuz  təklif olunan internetdən demək olar ki, istifadə etməyiblər.

Bunun əksinə olaraq  Provayderlərin açıqlamaları, aparılan müşahidələr  göstərir ki, son bir ayda ölkədə 5 mindən çox  yeni  ADSL istifadəçisi qeydiyyatdan keçib. Heç cür izahı olmayan bir durumun- istifadəçilərin sayının artmasına baxmayaraq kanal tutumunun artmaması ölkədə internetin keyfiyyətində  hədsiz dərəcədə acınacaqlı bir vəziyyət yaradıb.
İnternet  bazarında ən yüksək xüsusi çəkiyə malik Bakinternet Dövlət Provayderində  ADSL istifadəçilərin sayı son 1 ay ərzində təxminən 3000 nəfər artıb. Araşdırmaların  gözlənilməz   hesab olunacaq nəticəsi ondan ibarətdir ki, bu müddət ərzində BTRİB tərəfindən Bakinternetin bağlantı kanalı tutumunda  heç bir dəyişiklik aparılmayıb. Toplam 29 000 ADSL  istifadəçisi olan bu Provayderin kanal tutumu yenə də əvvəlki həcmdə, nəinki 1 ay, hətta 5-6 ay öncəki vəziyyətdədir – cəmi 1.5 Gb/s . Rəsmi açıqlamalara görə, son dövrlərdə bu Provayderin müştərilərinin sayı 10 min nəfərədək artsa da, əslində , təəccüblü olsa da kanal tutumu 1Mb/s  olsa da artmayıb. Normal xidmət üçün isə bu qurumun ən azı 2-3 Gb/s  kanal tutumu olmalı idi.

Bakinternet, eləcədə digərləri Delta Telekom şirkətindən lazımı miqdarda trafik alınmasında müəyyən problemlərin olduğunu bildirilər. Araşdırmaların nəticəsi isə göstərib ki, bu cür acınacaqlı vəziyyətin səbəbi adı çəkilən Provayderin, həmçinin xeyli sayda digər povayderlərin Delta Telekom şirkətinə külli miqdarda borclarının yığılması ilə bağlıdır. Təkcə Bakinternetin bu şirkətə İnternet  xidmətləri üçün yarım milyon manatadək borcu olduğu bildirilir.

AİF bildirir ki, istifadəçilər tərəfindən internet xidmətinin haqqının qabaqcadan ödənildiyi, ADSL istifadəçiləri üzrə Provayderlərin kifayət qədər vəsaiti qabaqcadan əldə etdiyi halda borcların olması anlaşılmazdır. Otuz minədək ADSL istifadəçisi olan Bakinternetin aylıq  gəlirinin ən azı yarım milyon olmasını, BTRİB qovşaqlarının ən adi işçilərinin də ən bahalı xidməti maşınlardan istifadə etdiyini nəzərə alsaq  borcun ödənilə bilməməsi anlaşılmazdır.

AİF bildirir ki, istənilən halda baş verənlərin əsas səbəbi RİTN tərəfindən düzgün tənzimləmə siyasətinin aparılmamağıdır. Kommersiya ilə ciddi olaraq məşğul oan bu qurum artıq İnternet bazarında tam dözülməz bir mühit formalaşdırıb. Normal tənzimləmə və nəzarət siyasəti olmadığından, dövlətə məxsus   telekommunikasiya infrastrukturunda normal investisiya siyasəti aparılmadığından,  kommersiya maraqları  dövlət maraqlarından üstün tutulduğundan bu bazarda rəqabətyönümlü bir şərait formalaşa bilmir.

AİF ölkə rəhbərliyi tərəfindən bu sektorda beynəlxalq normalara uyğun tənzimləmə infrastrukturu yaradılması, RİTN-nin səlahiyyətlərinə aydınlıq gətirilməsi, dövlətin qurumlarının İnternet bazarında kommersiya fəaliyyətinə son qoyulması istiqamətində konkret addımlar atılmasını zəruri hesab edir. 

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar