Fontu böyüt:
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti “46 günə Mercedes-Benz qazan” adlı yeni SMS-kampaniyasına start verir. Mayın 20-dən iyulun 4-nə qədər davam edəcək intellektual SMS-müsabiqədə, hər gün ən çox suala düzgün cavab verən və çox xal toplayan Bakcell abunəçiləri Nokia 5530 Xpress Music mobil telefonu və ya Toshiba Satellite L500 noutbuku qazanacaqlar. Hər həftənin ən yaxşı iştirakçısı isə 3000 manat qazana biləcək. Ən əsası, ən çox xal toplayan abunəçi Mercedes-Benz C-200 Compressor maşını qazanmaq imkanı əldə edəcəklər.
Müsabiqəyə qoşulmaq üçün 777 qısa nömrəsinə SMS göndərməyiniz kifayətdir. Klass və Gold abunəçiləri üçün hər SMS-in qiyməti 0,49 AZN (ƏDV daxil olmamaq şərti ilə), Cin abunəçiləri üçün isə 300 konturdur. Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.