İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azercell” beynəlxalq kommunikasiya müsabiqəsində finalında

17.09.2010 [13:44]

Fontu böyüt:      

“Azercell Telekom” MMC bu il World Communication Awards (WCA - Ümumdünya Kommunikasiya Mükafatı) kimi nüfuzlu müsabiqədə iki nominasiya üzrə finala çıxıb. “Azercell”dən verilən məlumata görə, WCA 2010-nun yüzlərlə iştirakçısı arasında məhz Azərbaycanın lider mobil operatorunun “Yaşıl Mükafat” (Green Award) və Ən yaxşı Heyət (Best Team) mükafatları üzrə namizədliyi seçilib.

 “Azercell Telekom” MMC bu il World Communication Awards (WCA - Ümumdünya Kommunikasiya Mükafatı) kimi nüfuzlu müsabiqədə iki nominasiya üzrə finala çıxıb.

“Azercell”dən verilən məlumata görə, WCA 2010-nun yüzlərlə iştirakçısı arasında məhz Azərbaycanın lider mobil operatorunun “Yaşıl Mükafat” (Green Award) və Ən yaxşı Heyət (Best Team) mükafatları üzrə namizədliyi seçilib.

“Azercell” Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə “Yaşıl Mükafat” kateqoriyasında ilkin qalib gəlib. Digər “Ən yaxşı Heyət” kateqoriyasında isə “Azercell”in bir neçə ay öncə rebrendinq əməliyyatını çox uğurla reallaşdırması nəzərə alınıb.

World Communication Awards mükafatının təsis edilməsinin əsas məqsədi kommunikasiya sənayesinin inkişafına gətirib çıxaran təşəbbüslər, yeni xidmətlər və bu istiqamətdə fəaliyyət göstərən örnək şirkətləri dünyaya tanıtmaqdır. Müsabiqənin münsiflər heyəti finala namizədləri seçərkən şirkətlərin təqdim etdiyi xidmətlərin səviyyəsi ilə yanaşı, onların qiymətinin də bazara uyğun olması və s. kimi göstəricilərə önəm verirlər. Həmçinin, şirkətlərin müştərilərlə işi, insan qaynaqlarına verdiyi önəm və xeyli digər məqamlara diqqət yetirilir.

Şirkət Prezidenti Ali Ağan bu cür nüfuzlu müsabiqədə “Azercell”in iki kateqoriya üzrə qalibliyə namizəd seçilməsini çox yüksək dəyərləndirib: “Biz fəxr edirik ki, məhz korporativ sosial məsuliyyət sahəsində şirkətimizin əməyi qiymətləndirilib. Həm də rebrendinq prosesinin uğurla həyata keçirilməsinin diqqətə alınması da bizi sevindirir. İşimizin bu cür nüfuzlu qurum tərəfindən qiymətləndirilməsi “Azercell”in əldə etdiyi nailiyyətlərin dünya çapında tanınmasının bariz nümunəsidir. Eyni zamanda məhz Azərbaycan şirkətinin bu yüksək ada layiq görülməsi bizim üçün qürurverici hadisədir”.

Qeyd edək ki, World Communication Awards müsabiqəsinin bu ilki qaliblərinin adları noyabrın 24-də Londonda keçiriləcək təntənəli mərasimdə açıqlanacaq. Qeyd edək ki, “Azercell”in aid olduğu “TeliaSonera” şirkətlər qrupu da bu müsabiqədə digər iki nominasiya üzrə qalibliyə namizəddir. “TeliaSonera” “Müştərilərlə İş”inə görə, həmçinin “Ən yaxşı Satış Göstərici”lərinə görə bu müsabiqənin finalına vəsiqə qazanıb.

“Azercell Telekom” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri mobil operatordur. Mobil texnologiyanın ən son yeniliklərini ilk olaraq Azərbaycana gətirən “Azercell”in abonentlərinin sayı 4 milyon nəfəri keçib.

mənbə: APA


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar