Fontu böyüt:
Aparılan araşdırmalar nəticəsində Facebook sosial şəbəkəsinə yüklənən şəkillərin silinmədiyi ortaya çıxdı. Yorucu bir axşamdan sonra səhər yuxudan oyandığınız zaman dostlarınızdan birinin bu halda şəklinizin çəkməsinə mane olmaya bilərsiniz. Və ya, kimsənin görməsini istəmədiyiniz, “yaxşı düşmədiyiniz” bir foto-şəkil zarafatcıl dostlarınızdan birinin əlinə düşə bilər. Əgər onlar şəkilləri Facebook və ya MySpace kimi sosial şəbəkələrdə paylaşmağı sevirlərsə, onda vəziyyət heç də yaxşı deyil.
Beləki, Cambridge Universitetində şəkillərin varlığını yoxlamaq üçün tədqiqat aparıb və 16 fərqli sayta şəkil yükləyiblər. Qısa bir müddət sonra isə şəkilləri hərkəsin sildiyi kimi normal yolla siliblər. Nəticə: 30 gün sonra həmin saytlardan 6-sında şəkilləri görmək hələ da mümkün olub.
Tədqiqatçılar şəkillərin ünvanları yaddaşda saxlayaraq əməliyyat sisteminin “ünvan çubuğu”na yazaraq test ediblər. Test edilən 16 saytdan yalnız Windlows Live Spaces xüsusi bir sistemə malik olduğu üçün şəklin ünvanını saxlamaq mümkün olmayıb. Flickr, Orkut, Photobucket saytları şəkilləri həm anda, digərləri isə bir neçə saat sonra silib. Lakin, Bebo, Facebook, hi5, LiveJournal, MySpace və SkyRock saytlarında isə şəkilləri hələ də görmək mümkün olub.
Odur ki, şəkillərinizi paylaşarkən bu məqamı da düşünüb diqqətli olun.// Azerphoto