İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

31.10.2009 [12:04]

Fontu böyüt:      


Dünən Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar» mövzusunda «dəyirmi masa» keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov Azərbaycan Xalq Cumhuriyyəti dönəmində qəbul olunmuş Mətbuat Nizamnaməsinin 90 illiyi ilə bağlı ölkənin bir sıra tədris müəssisələrindən geniş mərasimlərin keçirildiyinə diqqət çəkib. Nizamnamədə əksini tapan prinsiplərlə bağlı məlumat verən Şura sədri sənədin müasir dövrümüz üçün də aktual səciyyə daşıdığını vurğulayıb.

BDU-nun jurnalistika fakultəsinin mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev AXC dövründə qəbul olunmuş sənədi mühüm tarixi zərurət kimi dəyərləndirib. Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası daxilində baş verən ictimai-siyasi proseslər söz və mətbuat azadlığına da təsir göstərmişdi. Nəticə etibarilə 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu meyllər daha da güclənmişdi: «Amma bu o demək deyildi ki, Mətbuat Nizamnaməsi asanlıqla qəbul olunan sənəd idi. Hər fəslinin üzərində ciddi müzakirələr getmişdi. Nizamnamənin demokratik ab-havası dövrün ziyalılarının xarakterinə də təsir göstərmişdi».

BDU-nun jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışında diqqəti Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etdiyi 1991-ci ildə baş verən proseslərə yönəldib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan jurnalistləri məhz bu Nizamnaməyə güvəndilər və ona istinad etdilər. C.Məmmədli sənədin ən mühüm xüsusiyyətlərindən biri kimi orada senzuranın nəzərdə tutulmamasını vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Mətbuat Nizamnaməsinin KİV sahəsindəki mövcud qanunvericilik aktları üçün başlıca mənbə rolu oynadığını vurğulayıb. «Diqqət yetirsəniz, Mətbuat Şurasının Nizamnaməsinin, həmçinin ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının müxtəlif prinsip və bəndlərində Xalq Cumhuriyyəti dövründə ərsəyə gəlmiş bu mühüm sənədə kifayət qədər istinad edilib», - deyə o bildirib.

BDU-nun dosenti Nəsiman Yaqublu bildirib ki, Mətbuat Nizamnaməsinin meydana çıxması cumhuriyyət dövrü istiqlal bəyamnaməsinin 4-cü bəndindən irəli gəlib. Həmin vaxtadək görkəmli mütəfəkkirlərin çıxışlarında söz və mətbuat azadlığı ilə bağlı geniş məqamlar yer alıb. Sənəd məhz onların fikirlərinin məhsulu kimi böyük əhəmiyyətə malikdir.

«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında həmin vaxtadək Şərqdə belə bir Nizamnamənin mövcud olmadığını deyib. Sənədin mütərəqqi xüsusiyyətlərindən söz açan baş redaktor onun yenidən çap edilməsi və yayılması təklifini irəli sürüb.

«Xalq cəbhəsi» qezetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Nizamnaməsində əksini tapan məsələlərin sonradan qardaş Türkiyə Cumhuriyyətindəki analoji sənədlərdə də özünə geniş yer tapdığını vurğulayıb.

 Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbasın, həmçinin «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyevin, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlunun və başqalarının fikirlərində Mətbuat Nizamnaməsinin müasir dövrümüzü üçün də aktual səciyyə daşıyan xüsusiyyətləri ətraflı təhlil olunub.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar