21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hindistan öz əməliyyat sistemini işləyib hazırlayacaq. Ölkənin Müdafiə Nazirliyində çalışan alimlərin sözləriə görə, bu layihə, ilk növbədə, kiberhücumlar və informasiya oğurluğuna qarşı mübarizə aparmaq məqsədilə həyata keçiriləcək. Nazirin elmi müşaviri bildirib ki, layihə üçün artıq 2 mərkəz ayrılmışdır. Onlardan biri Dehlidə yerləşir.
Layihəyə Kim Rəhbərlik Edəcək?
Xeberler.az Texnomedia.com saytına istinadən xəbər verir ki, layihəyə rəhbərlik Müdafiə Araşdırmaları və İnkişafı üzrə Təşkilata həvalə ediləcək. Əməliyyat sistemini işləyib hazırlamaqda isə bu quruma Hindistanın iri şəhərlərində yerləşən çoxsaylı şirkətlər və elmi institutlar yardım edəcək.
Layihəyə 50 Peşəkar Proqramçı Qatılacaq
DRDO rəhbəri bildirib ki, əksər ölkələr kimi, Hindistan da indi Qərb istehsalı olan əməliyyat sistemindən istifadə edir. Müdafiə kompleksi və eləcə də, bir sıra bank əməliyyatlarının etibarlılığını artırmaq məqsədilə hökümət şəxsi sistemi işləyib hazırlamağa qərar vermişdir.
Qeyd edək ki, tamamilə yeni, ilkin (mənbə) kodu yalnız bir qrup mütəxəssisə məlum olacaq əməliyyat sisteminin yaradılması planlaşdırılır. Verilən məlumata görə, ilkin olaraq layihə üzərində 50 peşəkar proqramçı çalışacaq.
Bu Layihə Millilikdən Çıxa Bilər
Xatırladaq ki, hind hökumətinin bundan əvvəlki 35 dollarlıq planşet təşəbbüsü o qədər də milli səciyyə daşımırdı. Sonda məlum oldu ki, qurğu Çin planşetinin eynən bənzəridir. Belə bir halın hind əməliyyat sistemi ilə də təkrarlana biləcəyi istisna deyil. Belə ki, Hindistan bu layihədə də analoji addım ataraq sistemi eynən Linux-un ilkin (mənbə) kodu əsasında işləyib hazırlayacaq.