Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi Azərbaycanın qabaqcıl xəbər saytlarından biri olan qaynar.info fəaliyyətini dayandıra bilərdi.Bu haqda portalın internet səhifəsində məlumat verilmişdi.Lakin bu gün açıqlama verən portalın baş redaktoru Zahir Əzəmət fəaliyyətlərini davam etdirəcəklərini bildirib.Baş redaktor bu qərarı çoxsaylı oxucu xahişlərindən sonra qəbul etdiklərini qeyd edib.
Xatırladaq ki, qaynar.info 2007-ci ilin 25 aprelində fəaliyyətə başlayıb və qısa zaman ərzində geniş oxucu auditoriyası toplamağı bacarıb.
Biz isə xeberler.az olaraq qaynar.info-nun qarşıdan gələn ad günü münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.