Fontu böyüt:
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Azərbaycanda «Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü» layihəsi çərçivəsində tender elan edilib.
Tender Komissiyasından xeberler.az-a verilən məlumata görə, tender çərçivəsində «Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü» layihəsi üçün 6 ədəd informasiya köşkünün alınması nəzərdə tutulub.
Tender təklifləri avqustun 31-dək qəbul edilir. Mallar sentyabrın 21-dək təhvil verilməlidir və 1 illik zəmanətlə təmin olunmalıdır.