Fontu böyüt:
Rusiyada
“YotaPhone” smartfonunun ikinci versiyasının satışlarına başlanır.
“YotaPhone
Şirkət
2014-cü ilin fevralında Barselonada keçirilmiş “Mobile World Congress”
sərgisində “YotaPhone” smartfonunun ikinci versiyasını nümayiş etdirib. Yeni
smartfonun əvvəlki versiyadan əsas özəlliyi odur ki, indi ikinci ekran
sensordur və SMS yazmağa, zənglərə cavab verməyə və başqa əməliyyatlar
aparmağa imkan verir.
Yeni “YotaPhone” smartfonu iki ekranla təchiz edilib: film izləmək, fotoşəkillərə baxmaq, internetdə işləmək üçün 1920x1080 təsvir ölçülü rəngli 5 düymlük AMOLED ekran, bildirişlərə baxmaq, elektron kitab oxumaq üçün, həmçinin 960x540 təsvir ölçülü ağ-qara 4,7 düymlük EPD ekran (elektron mürəkkəb texnologiyası).
Hər iki ekran tamamilə sensor idarəetməyə malikdir: ağ-qara rəngli ekranda SMS yazmaq, zənglərə cavab vermək olar. Qurğu 2,3 QHs takt tezlikli dördnüvəli prosessor və iki kamera – işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik və 2 meqapiksellik. “YotaPhone” smartfonunda əməli yaddaşın həcmi 2 QB, daxili yaddaş isə 32 QB təşkil edir.
Telefonun ağ-qara
ekranı oxuma rejimində 96 saatadək işləyir.
“Yota Devices” bu
smartfonu Avropanın 20 ölkəsində satmağı planlaşdırır və növbəti ilin əvvəlində
bu siyahıya Asiya-Sakit okean regionundan bəzi ölkələr, həmçinin Çin daxil
ediləcək. “Yota Devices”in baş direktoru Vlad Martınov istisna etmir ki,
gələcəkdə “YotaPhone” satışının 33%-i Şimali Amerika bazarının payına düşür.
Mənbə: