Fontu böyüt:
Googlenin xəritə proqramı Google Earth, 2.0 distributiviylə iPhone istifadəçilərinə təqdim ediləcək. Google Earth ilk olaraq keçən il iPhone üçün hazırlanmışdı. Sonralar proqramda çox dəyişikliklər edildi. Buna görə də, Google bu proqramın yeni bir distributivini hazırlayacaq.
Google iPhone üçün olan Google Earth 2.0 versiyasında yeni dil variantları, inkişaf etmiş ikon performansı və masaüstünüzdə xəritələri göstərmə imkanlarını təqdim edir. Google Earth 2.0 bundan əlavə istifadəçilərə öz xəritələrini yaratmaq imkanı da verəcək.
Xəritələrdə artıq Panoramio, Wikipedia kimi ikonlar da meydana çıxacaq. Bu ikonlara basaraq, xəritədəki mövqe ilə əlaqədar geniş detallı məlumatlar almaq mümkün olacaq.
Daha ətraflı məlumatı Google-nin rəsmi açıqlamasından əldə etmək olar.