İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«İnternet pulsuz olmalıdır»

18.09.2010 [02:02]

Fontu böyüt:      

Qlobal Şəbəkənin ixtiraçısı hesab olunan Tim Berners Li internetə çıxışı tam pulsuz etməyə çağırıb. Londonda keçirilən Nokia World konfransında çıxış edən alim xatırladıb ki, hazırda Qlobal Şəbəkədən Yer Kürəsinin hər beşinci sakini istifadə edir. Mobil rabitə şəbəkələrinin geniş yayılması qalan 80 faizin də şəbəkə xidmətlərindən yararlanmaq imkanı olacağına ümid verir.

Qlobal Şəbəkənin ixtiraçısı hesab olunan Tim Berners Li internetə çıxışı tam pulsuz etməyə çağırıb.


Londonda keçirilən Nokia World konfransında çıxış edən alim xatırladıb ki, hazırda Qlobal Şəbəkədən Yer Kürəsinin hər beşinci sakini istifadə edir. Mobil rabitə şəbəkələrinin geniş yayılması qalan 80 faizin də şəbəkə xidmətlərindən yararlanmaq imkanı olacağına ümid verir. Lakin çoxlarının buna maddi imkanı yoxdur. “Əvvəl mən deyirdim ki, insanları su və tibbi yardımla təmin etmək, və bütün bunlardan sora internet kimi bu cür sərvət vermək lazımdır. Əslində isə bu bir qədər belə deyil. Şəbəkə elə həmin tibbi xidmət üçün olduqca faydalı ola bilər. Həmin tibbin səviyyəsi Qərb ölkələrindən xeyli aşağı olsa belə, hazırda bir çox inkişaf edən ölkələrdə müşahidə olunan səhiyyə vəziyyəti ilə müqayisədə olduqca yüksək olacaq. Bundan əlavə yerli əhali həyatlarının ən müxtəlif sahələri barədə belə fikir mübadiləsi apara bilər. İnformasiya cəmiyyətindən kənarda qalmaq – ciddi çatışmamazlıqdır”, - deyə T. Berners Li qeyd edib.

Hökumətlər zəif keçirtmə qabiliyyətli genişzolaqlı çıxış üzrə xidmətlərin göstərilməsini vergidən azad etməlidir, operatorlar isə bu cür xidmətləri pulsuz təqdim etməlidir.
İnternetin yaradıcısının bu fikirləri bu yaxınlarda Qlobal Şəbəkəyə çıxışın insanın universal hüququ olmasının vacibliyi haqqında bəyan edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi (BTİ) Hamadun Turenin mövqeyi ilə üst-üstə düşür.

BTİ-nin baş katibi qeyd edib ki, buna baxmayaraq səlahiyyətli təşkilatların rəhbərlikləri internetin kasıb ölkələrin inkişafında böyük rolunu qəbul etsələr də əsas prioritetin digər istiqamətlərə (içməli su və s.) verilməsini daha vacib hesab edirlər.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar