İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Plastik kart istifadəçiləri üçün lotereya keçiriləcək

21.02.2009 [10:01]

Fontu böyüt:      

Bu tədbirlər ticarət obyektlərində kartdan istifadəni artırmaq məqsədi daşıyır. Layihə ilə bağlı təkliflər baxılmaq və lazım gələrsə, hansısa əlavələr edilmək üçün ölkənin kommersiya banklarına göndərilib.


«Qazanmaq istəyirsənsə, pulunu kartla ödə» - Azərbaycanda plastik kartlardan istifadəni həvəsləndirmək üçün keçiriləcək kampaniyanı belə də adlandırmaq olar. Milli Bank və Vergilər Nazirliyi ölkədə kartlardan istifadəni artırmaq, daha dəqiqi kart sahiblərini buna həvəsləndirmək üçün yeni tədbirlərə hazırlaşırlar.

Qanunla müəyyən olunmuş qaydalara görə, ölkənin bütün ticarət və xidmət obyektlərində kartlardan istifadəyə imkan yaradan pos-terminallar quraşdırılmalıdır. Amma hələlik bunlardan istifadə edən azdır. Yeni kampaniya da vəziyyəti düzəltmək üçün keçirilir. Beləliklə, məsələnin məğzi ondan ibarətdir ki, kartdan istifadə edənlər arasında lotereya keçiriləcək. Lotereyaya qoşulmaq üçün ticarət və ya xidmət məntəqələrində plastik kartla 10 manatdan artıq məbləğdə ödəniş aparmaq lazımdır. Bunu edənlər lotereyanın iştirakçısı olurlar. Ayda bir dəfə keçiriləcək lotereyanın uduş fondu 5000 manatdır. Burda hər ay 20 nəfərin qalib gələcəyi nəzərdə tutulub ki, onlar da hərəyə 250 manat uda biləcəklər. Xatırladaq ki, vaxtilə belə lotereyanı Vergilər Nazirliyi təşkil eləmişdi, o vaxt oyunda iştirak etmək üçün kassa çekləri toplamaq lazım idi. İndi isə bunun üçün kartı işlətmək kifayətdir. Kommersiya banklarında bu kampaniyanın uğuru barədə ehtiyatla danışsalar da, etiraf edirlər ki, kartdan istifadəni gücləndirmək üçün nəsə edilməlidir.

Məsələ bundadır ki, bütün inzibati tədbirlərə və ölkədə 8 mindən artıq posterminal qurulmasına baxmayaraq ticarət və xidmət məntəqələrində ödənişin kartla aparılması yenə də aşağı səviyyədədir. Bəzən obyektdə postermnal olmur, bəzən posterminal işləmir, bəzən isə müştəri buna maraq göstərmir. Yeri gəlmişkən, müşahidələr göstərir ki, satıcılar kartdlan istifadədə qətiyyən maraqlı deyillər. Çükni pul kartla ödənəndə vergidən yayınmaq olmur, üstəlik krtdan istifadə üzrə xidmət haqqı da satıcıdan tutulur. Ona görə də posterminaldan istifadə ticarət obyektləri üçün sərfəli deyil. Deməli, bunu ikinci tərəf – yəni alıcılar üçün sərfəli etmək lazhımdır. Buna görə də çıxış yolu kimi lotereya seçilib.
Yeri gəlmişkən artıq kommersiya bankları belə aksiyalara başlayıblar. Məsələn bəzi bankların kartlarına sahib olanlar paytaxtın bəzi ticarət və iaşə məntəqələrində il boyu endirimlərdən istifadə edə bilərlər. Bu ticarət obyektlərindən alınan malların pulunu kartla ödəyəndə qiymətlərdə 15 %-ə qədər güzəşt edilir.

Qeyd edək ki,bu tədbirlər ticarət obyektlərində kartdan istifadəni artırmaq məqsədi daşıyır. Layihə ilə bağlı təkliflər baxılmaq və lazım gələrsə, hansısa əlavələr edilmək üçün ölkənin kommersiya banklarına göndərilib.


xeberler.az/Ellada
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar