İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda yeni elektron ödəniş xidməti işə salınıb.

17.09.2014 [16:41]

Fontu böyüt:      

Azərbaycanda real vaxt rejimində ödəniş imkanı verən “E-Pul” elektron ödəniş xidməti yaradılıb.
Azərbaycanda real vaxt rejimində ödəniş imkanı verən “E-Pul” elektron ödəniş xidməti yaradılıb. Xidmətin köməyi ilə kommunal, mobil rabitə, kabel televiziyası və digər xidmətlər üzrə ödənişləri yerinə yetirmək mümkündür.
 
 “www.e-pul.az internet ünvanında işə salınan “E-Pul”un digər elektron ödəniş xidmətlərindən üstünlüyü elektron pul kisəsi funksiyasının olmasıdır. Belə ki, digər ödəniş sistemləri vasitəsilə ödəniş etdikdə hər dəfə kart məlumatlarının daxil edilməsi tələb olunursa, istifadəçinin “E-Pul”da qeydiyyatdan keçərək kartı bir dəfə sistemə əlavə etməsi kifayətdir. Ödəmənin rahatlığı ilə yanaşı, hətta ödəmə anına şəxsi hesabda pul vəsaitləri olmadığı halda belə, mal və xidmətlərin ödənilməsi imkanı da nəzərdə tutulub.
 
“E-pul”da bir neçə bölmə istifadəyə verilib. Bu bölmələrdən biri olan “Bonuslar”  “E-Pul” saytında qeydiyyata düşdükdən dərhal sonra aktivləşən və sahibinin elektron pul kisəsinə bağlanan əlavə bir funksiyadır. Nəzərdə tutulduğuna görə, hər bir tranzaksiya bonus vəsaitlərinin həcmini artıracaq. Yığılmış bonusları isə real vəsaitlərə çevirmək, xüsusi endirimlər və hədiyyələr almaq mümkündür.
 
“E-Pul”un şəxsi kabinetinin “Borclar” bölməsində elektron pul kisəsinin sahibi borclu olduğu ödəmə alanların siyahısını yarada bilir.
 
“Avtomatik ödəniş” bölməsi isə “E-Pul” elektron pul kisəsinin sahibi olan istifadəçiyə özünün bilavasitə iştirakı və hər hansı hərəkəti olmadan sistematik ödənişlərin avtomatik silinməsini həyata keçirməyə imkan verir. Bir qayda olaraq, bu növ ödənişlər - internet və kabel televiziyası xidmətlərinin abunə haqları, dövri kommunal xidmətlər, telefon hesablarının ödənməsi kimi sistematik ödəniş tələb edən xidmətlərin ödənilməsində istifadə edilir.
 
“Kartın qeydiyyatı”  xidməti “E-Pul” istifadəçisinin şəxsi kabinetində elektron pul kisəsi sahibi üçün əlavə imkanlar və rahatlıqlar təqdim edir. Əvvəla, bu, kartda olan məlumatların daim əl ilə daxil edilməsi kimi üzücü bir prosedur tələb etməyən sadələşdirilmiş ödəniş sistemidir.
 
“Ödəmələrin tarixçəsi” “E-Pul” istifadəçisinin şəxsi kabinetinin daha bir bölməsidir. Bu bölmədə istifadəçinin “E-Pul” sistemində qeydiyyata düşdükdən sonra etdiyi bütün ödəmələr haqqında məlumat toplanır.
 
Bunlardan əlavə, “Tez-tez edilən ödənişlər” - şəxsi kabinetin bölmələrindən biri olaraq “E-Pul” istifadəçilərinin rahatlığına xidmət edir. Şəxsi kabinetin interfeysində yerləşdirilmiş bu xidmətin yaradılmasında məqsəd, daha tez-tez istifadə olunan ödənişlərə “E-Pul” elektron pul kisəsi sahibləri üçün sürətli əlçatarlıq imkanı verməkdir. (ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar