Fontu böyüt:
YouTube saytının təsisçilərindən biri və videohostinqin baş direktoru Çad Xerli vəzifəsindən gedəcəyi barədə elan edib.
Ç. Xerli bəyan edib ki, şirkətin rəhbərliyini tərk etməsinə baxmayaraq saytın inkişafına kömək edəcək. “Mən müşavir kimi fəaliyyətimi davam etdirir və YouTube-un yeni inkişaf mərhələsinin başlanacağını səbirsizliklə gözləyirəm”, - deyə o bildirib.
Yeni baş direktor isə video-portalın sahibi olan Google korporasiyasının nümayəndəsi və 2008-ci ildən saytın mühüm əməliyyat fəaliyyəti ilə məşğul olan Salar Kamanqar olacaq, İnterfax yazır.
Bundan əlavə bir qədər əvvəl Google tərəfindən əldə olunmuş AdMob şirkətinin rəhbəri Omar Hamuinin də öz vəzifəsindən imtina etməsi məlum olub. Google qeyd edir ki, AdMob şirkətinin rəhbəri və Google-un vitse-prezidenti O.Hamui şirkəti şəxsi istəyi ilə tərk edir.