İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İqtisadi İnkişaf Nazirliyi Telefon Məlumat Mərkəzini istifadəyə verib

01.09.2009 [16:22]

Fontu böyüt:      


APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə iştirak edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkədə sahibkarlığa dövlət dəstəyi, regionlarda sahibkarlığın inkişafı, sahibkarlığın normativ-hüquqi bazasının yaradılması və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib və Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini diqqətə çatdırıb.

Telefon Məlumat Mərkəzinin əhəmiyyətindən danışan N.Səfərov həmçinin bildirib ki, yeni xidmət ölkə sahibkarlarının hüquqi, məsləhət və digər xarakterli müraciətlərini cavablandıracaq.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, sahibkarlar həm stasionar, həm də mobil telefonlardan yeni xidmətdən pulsuz istifadə edə bilər: «Yeni xidmət bütün ölkə ərazisini əhatə edib ki, burada canlı rejimdə iş günləri ərzində saat 9:00-dan 18:00-dək fasiləsiz sahibkarların müraciətləri cavablandırılacaq. Xüsusi modul vasitəsi ilə 195-2 xidmətinə daxil olan bütün danışıqlar yazılaraq arxivləşdirilir ki, gələcəkdə göstərilən xidmətlərin keyfiyyəti bir qədər də yaxşılaşdırılsın».

Z.Qasımov onu da vurğulayıb ki, Azərbaycan Vergilər Nazirliyinin dəstəyi ilə yaradılan yeni xidmət sahibkarlığın fəaliyyəti, qanuni və hüquqi məsələlər, istehlakçıların hüquqlarının qorunması, yararsız istehlak mallarının aşkar olunması, Tarif Qiymət Şurasının fəaliyyəti, xarici ticarət və digər sahələri əhatə edir.

Tədbirdə çıxış edən Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elçin Məmmədov bildirib ki, Vergilər Nazirliyinin istifadəyə verdiyi 195 Telefon Məlumat Mərkəzinə indiyədək 150 min müraciət daxil olub ki, bunların bir qismi canlı, bir hissəsi isə avtomat rejimində cavablandırılıb: «Ötən il ərzində Nazirliyin bu xidmətinə daxil olan 42 min müraciəti canlı olaraq cavablandırılıb. Cari ilin ilk yarısında isə canlı rejimdə cavablandırılan müraciətlərin sayı 36 minə çatıb. Ümid edirəm ki, İqtisadi İnkişaf Nazirliyi Telefon Məlumat Mərkəzinin də işi uğurlu olacaq».

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ölkə sahibkarlarının maarifləndirməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına dair bir sıra tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirib və qeyd edib ki, yeni Telefon Məlumat Mərkəzinin istifadəyə verilməsi də sahibkarlığın inkişafına yardım edəcək. ASK rəhbəri həmçinin qeyd edib ki, hazırda ölkədə sahibkarlıqla 87 min hüquqi şəxs, 277 min hüquqi şəxs yaratmadan fiziki şəxs və 850 min torpaq mülkiyyətçisi mövcuddur.

Qeyd edək ki, yeni 195-2 telefon xidməti İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun binasında təşkil olunub.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar