21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda mədəniyyət kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulunun müddəti bir ay da uzadılıb.
Bu barədə jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Şura sədri bildirib ki, Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqə müddətində yalnız bir müraciət daxil olub: “Müraciət “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən olunub. Qanunvericiliyə əsasən, müsabiqədə iştirak üçün bir müraciət yetərli hesab olunmadığından vaxtın daha bir ay uzadılmasına qərar verilib”.
Qeyd edək ki, MTRŞ iyulun 30-da mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulunun müddəti oktyabrın 4-də başa çatacaq.