Fontu böyüt:
Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində, dünən, fevral ayının 16-da geniş tərkibdə görüşdən sonra dövlət başçılarının iştirakı ilə Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olub.
Ümumən 4 sənəd imzalanıb. Onlardan birini - Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Yunanıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Mixail Bekiris imzalayıblar.