21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“2008-20012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu layihədə ilkin olaraq 10 məktəb iştirak edirdi.
Hal-hazırda isə layihədə 20 məktəbin iştirakı gözlənilir:Bunlar Bakı şəhərinin Heydər Əliyev adına liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, Elitar Gimnaziya, Zəngi liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü liseyi, “Tərəqqi” texniki-humanitar liseyi, 220 saylı məktəb-liseyi, 245 saylı orta məktəbidir. Bu layihəyə Sumqayıt şəhərinin Təbiət Elmləri Təmayüllü gimnaziyası və 31 saylı orta məktəbi də qoşulub.
Qeyd edək ki, “Elektron məktəb” pilot layihəsində həmçinin Avropa liseyi, 20, 6, 60, 160, 134, 8, 23, 7 saylı məktəbləri və akademik Zərifə Əliyeva adına məktəbi əhatə edir.
Layihə çərçivəsində qeyd olunan məktəblərdə informasiya kommunikasiya texnologiyaları sistemli şəkildə bütün fənlərə tətbiq olunacaq. Bu məktəblər fiberoptik kabel vasitəsi ilə yüksək sürətli internetə, Məlumat və Resurs Mərkəzinə çıxışla təmin ediləcək və Təhsil portalının bütün imkanlarından istifadə edəcəklər.