Fontu böyüt:
Metroda gözləyərkən və ya vaqonlarda hərəkət edərkən qarşınızda duran monitorlarda göstərilən reklamlar bəzən insanları narahat edir. Çünki burada yaşlı xəstə adama sərin içki, oyuncaq, gah da uşaqlara müxtəlif cür dərmanlar, spirtli içkilər və s. göstərilir. Amma Yaponlar bu problemi birdəfəlik həll edəcək. Çünki Tokio metrosundakı reklam monitorları ona baxanlara yaşına və cinsiyyətinə görə reklam göstərir.
Reklam lövhəsinə yerləşdirilən kameralar sizin cinsiyyətinizi və yaşınızı tanıya bilir. Yəni səkkiz yaşında bir uşağın qarşısında bir oyuncaq reklamı ortaya çıxarkən, 60 yaşında bir insanın qarşısında bir xəstəxana reklamı olacaq