İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dövlət Fondu: 2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

14.03.2014 [09:20]

Fontu böyüt:      

2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq. Trend-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun direktor müavini Azər Bayramov Bakıda keçirilən "2020-ci il və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi" investisiya sammitində deyib.
2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq. Trend-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun direktor müavini Azər Bayramov Bakıda keçirilən "2020-ci il və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi" investisiya sammitində deyib.
Onun sözlərinə görə, 2013-cü ilin yekunlarına əsasən, İKT sektoru üzrə gəlirlər 1 milyard manatı ötüb: "İKT sektorunun inkişafı bu sahəni iqtisadiyyatın lokomotivinə çevirəcək ki, bu da respublika rəhbərliyinin qarşıya qoyduğu vacib və prioritet tapşırıqdır. Azərbaycan iqtisadiyyatı həmişə qeyri-neft sektorundan asılı ola bilməz. Hazırda respublikada sektorun inkişafına yönəldilmiş qlobal miqyaslı bir sıra layihələr həyata keçirilir və tətbiq olunma mərhələsindədir".
A.Bayramov qeyd edib ki, Azərbaycan ilk telekommunikasiya peykini orbitə uğurla buraxdı: "Bu, Azərbaycanda "İKT ili"nin elan edildiyi 2013-cü ilin əhəmiyyətli hadisəsi oldu. Azərbaycan gələcəkdə orbitə daha iki peyk buraxmağı planlaşdırır".
O, perspektivli layihələr sırasında bu il genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsinə başlanılmasını qeyd edib. Layihə 2014-2016-ci illərə hesablanıb və respublikada internetə çıxışın səviyyəsini indiki 70 faizdən 85 faizə çatdırmağı nəzərdə tutur. (trend.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar