İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni medianın tədris modulları hazırlanıb

04.05.2012 [15:23]

Fontu böyüt:      

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa təşkil olunub. Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti Osman Gündüz Dəyirmi Masanı açaraq
Bu gün   Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi”  mövzusunda Dəyirmi Masa  təşkil olunub.
Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti  Osman Gündüz Dəyirmi Masanı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. O, həmçinin “Yeni medianın yeni tədris modulları” mövzusunda Təqdimatla çıxış edib. O, ölkədə ilk dəfə olaraq Yeni media fənninin tədris ilə bağlı ciddi araşdırmaların aparıldığını və bunun əsasında Universitetlərdə tədrisi nəzərdə tutulan yeni media fənlərinin Modullarının hazırlandığını  bildirib. O aşağıdakı Modulları təqdim edib:  Yeni Mediaya giriş fənni,  Onlayn Jurnalistika fənni,  Multimedia Jurnalistika fənni , Sosial Media fənni.
Osman Gündüz  qeyd edib ki Yeni medianın tədris modulları hazırlanarkən  Beynəlxalq standartlar öyrənilib, ölkənin Yeni media bazarında peşəkarlıq və kadrlarla bağlı situasiya araşdırılıb və ölkədə Yeni medianın inkişaf perspektivləri nəzərə alınıb. Yeni modullar hazırlanarkən həmçinin Ali təhsil müəssisələrində təhsil prosesinin təşkilində mövcud standartlar da nəzərə   alınıb. Yeni fənlərin  həm fundamental , həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur.
 Fənn  modulları hazırlanarkən onlayn jurnalist hazırlanmasına qoyulan tələblərlə bərabər, ölkənin Yeni media bazarının konkret sahələri üzrə (İnternet TV/Radio sektoru, Sosial media sektoru, Onlayn qəzet /Agentlik sektoru) kadrlara verilən  tələblər də nəzərə alınıb.
Dəyirmi Masada  Xəzər Universitetinin İnternet jurnalistika müəllimləri, gənc yazar Aydın Xan və Cabir Məmmədli , Slavyan Universitetinin   kafedra müdiri Aynur Bəşirli və müəllimi Xanım  Cavadova,  AMEA İTİ-nin şöbə müdiri Rasim Mahmudov,  yeni media mütəxəssisi Azər Nəzərov, İREX-in rəhbəri Angela Nicoara və əməkdaşı Ələsgər Məmmədli, Azərbaycan Universitetinin müəllimi Lalə Dilanova,  Naxçıvan Dövlət Universitetinin müəllimi Şəhla  Şirəliyeva, BDU-nun kafedra müdiri Cahangir Məmmədli,  Jurnalistika Fakültəsinin dekan müavinin Əli Haciyev və Onlayn  Xəbər qurumunun inzibatçısı Samir İsayev,  Day.az  Radio –nun direktoru Zaur Darabzadə, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev,  Professor Qulu Məhərrəmli , Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli,  Rabitə Dünyası qəzetinin yazarı Seymur Qasımbəyli  və digərləri mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda Yeni Medianın  tədris modullarının mühüm əhəmiyyət kəsb etməsi və vacibliyi qeyd edilib.  Jurnalistika təhsili verən Universitetlərin tədris proqramlarında yer alması üçün atılacaq addımlar diqqətə çatdırılıb. Müzakirələrdə  Modulların təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb.
Sonda Modulların müzakirə üçün açıq olduğu və irəli sürülən təkliflər  nəzərə alınmaqla yenidən işlənərək Universitetlərə təqdim ediləcəyi bildirilib
Yeni medianın tədris modulları Multimedia Mərkəzinin həyata keçirdiyi  ”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində həmçinin  9 Universitetə Onlayn Laboratoriyalar  təqdim olunub, bununla bağlı təlimlər keçirilib. BDU-da İnternet Studiyanın yaradılması başa çatmaq üzrədir. Həmçinin yeni medianın tədrisi ilə məşğul olanlara metodiki-informasiya dəstəyi üçün onlayn resurs hazırlanır.

Yeni medianın tədris Modullarını buradan əldə etmək olar : http://yenimedia.az/t%C9%99dris/ym-modullari

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar