İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan İnternet Forumunun açıqlaması

04.08.2014 [11:32]

Fontu böyüt:      

Azərbaycan İnternet Forumu bildirir ki, son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı milli informasiya resurslarımız, xüsusilə də İnternet media resurslarının normal fəaliyyəti üçün təhlükələr artıb
Azərbaycan İnternet Forumu bildirir ki, son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində  yaranmış gərginliklə bağlı milli informasiya resurslarımız, xüsusilə də İnternet media resurslarının normal fəaliyyəti üçün təhlükələr artıb . Populyar və ictimai rəyə real təsirə malik internet media qurumalrının dayanıqlı fəaliyyəti üçün daha ciddi  təhlükələr ola bilər.

Son dövrlərin müharibələri də göstərir ki, yerli və beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün adətən əks tərəfin milli İnternet resursları, xəbər portalları sıradan çıxarılır. Müasir müharibələrin tərkib hissəsi olaraq infromasiya müharibəsinə hazırlıq və onun aparılması  çox ciddi əhəmiyyət kəsb edən faktora çevrilib.

Görünən odur ki, hazırda Ermənistan tərəfi və onların xaricdəki lobbiləri var qüvvələri ilə bundan istifadə edirlər. Artıq bir neçə İnternet xəbər resursumuz haker hücumuna məruz qalıb. Onlar Azərbaycana qarşı sistemli formada informasiya müharibəsi aparır, həm beynəlxalq və eləcədə öz daxillərində ictimai rəyin manipulyasıyasından məharətlə istiafdə edilir.

AİF bildirir ki, indiki məqamda milli informasiya resurslarımızın sahibləri, müvafiq dövlət və özəl  qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsi çox vacibdir. Gündəlik monitorinq tətbiq edilməlidir. Media qurumunun  trafiki nəzarətdə saxlanılmalıdır. Peşəkar mütəxəssislər cəlb edilməli və ya mütəxəssislərlə əlaqələr gücləndirilməlidir.
AİF bildirir ki, İnternet xəbər portallarının yalnız  xarici hostlardan deyil, həmçinin alternativ hostinqlərdən, xüsusilə yerli Delta Telekom şirkətinin də hostinqlərindən istiafdə etməsi faydalı olardı. İnternet resursun burada yerləşməsi, baş verən fəsadların daha opertaiv aradan qaldırılmasına köməklik edərdi.

AİF bildirir ki, bu arada RYTN yannda Elektron Təhlükəsizlik Mərkəzinin (Qaynar xətt: 1654), XDMX İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin və Delta Telekom Data Mərkəzinin (+994 12 431 14 20; (daxili)107; mobil: 050-203-12-95)  daha aktiv formada fəaliyyətinə ehtiyac var. Bu qurumlarda qaynar xətt sistemlərinin daha çevik fəaliyyəti təmin edilməlidir. 

Xüsusilə də indiki məqamda ETM  tərəfindən İnternet media resurslarımızın dayanıqlı fəaliyyətinin təmin edilməsi, yeri gələndə zərurui metodiki-informasiya və texniki dəstəyin göstərilməsi cox vacibdir.
 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar