Fontu böyüt:
LG Electronics LTE (Long Term Evolution), yəni 4G dəstəkli ilk cib telefonlarını önümüzdəki il bazara çıxardacaq. Ericsson şirkəti də M700 platforması ilə LTE texnologiyasını istifadə edən məhsullarını 2010-cu il ərzində satışa çıxartmaq istəyir.
İşlər belə sürətli davam etdikcə dördüncü nəsil ilk ticari şəbəkə operatorları da dövrüyəyə girəcək. Global mobile Supplieres Association-nın (GSA) apardığı araşdırmaya görə, yeni mobil internet texnikası 21 ölkədəki 42 şəbəkə operatoru tərəfindən planlara daxil ediləcək. Bu firmaların hamısı LTE texnikasını istifadə etməyə hazır olduqlarını bildiriblər. Almaniyada Vodafone liderliyi edəcək və 2010-2011-ci illərdə LTE-ni dövrüyəyə buraxacaq. ABŞ, Kanada, İsveç, Norveç, Yaponiya və Cənubi Koreya isə daha çox tələsir.
GSA-yə görə, ilk ticari LTE şəbəkəsi ABŞ şəbəkə operatoru Verizon Wireless tərəfindən 2009-2010-cu ildə dövrüyəyə girəcək. Lakin bu il 4 G texnologiyasını dəstəkləyən texnikaların qıt olması səbəbilə həqiqi satış aparılmayacaq.