Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
AZXEBER.COM-un məlumatına görə, komitə sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya resurslarında şəxsi təhqir etməyə və böhtan atmağa görə cəzalar tətbiq olunur.
Məsələylə bağlı AZXEBER.COM portalı, İKT eksperti, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün münasibətini öyrənib. AİF-in prezidenti qanunda nəzərdə tutulan dəyişikliyə ehtiyac olmadığını söyləyib:
“Bununla bağlı məhz ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyyac yoxdur. Çünki təhqirlə bağlı Azərbaycanda yetəri qədər qanun layihəsi var və ayrıca bu qanunun nəsə bir fayda verəcəyini düşünmürəm.Təhqirlə bağlı olan məcəllələri həm də intentetə aid etmək olar”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə, cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq. Burada böhtana görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağır hallarda isə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təhqirə görə isə 300 manatdan 1000 manatadək cərimə, 240 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq olunacaq. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Fatimə İbrahimova