Fontu böyüt:
Azərbaycan son illər ərzində iqtisadi göstəricilərinə görə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına daxil ola bilib. Belə bəyanatla Azərbaycanın mobil rabitə operatoru olan Azerfon şirkətinin baş icraçı direktoru Gido Helbix Avropalı jurnalistlərlə görüşdə çıxış edib.
O, informasiya-kommunikasiya texnologiyaları sahəsinin ölkənin qeyri-neft sektorunda prioritet istiqamət kimi müəyyən edildiyini bildirərək, başçılıq etdiyi şirkətin mobil rabitə xidmətləri bazarında rolunu vurğulayıb.
“Azerfon ölkənin mobil rabitə bazarında ən gənc şirkət olmasına baxmayaraq onun abunəçilərinin sayı artıq 1.5 milyonu keçib” – deyə G.Helbix bildirib.Avropa Birliyinin Avropa Qonşuluq Proqramı çərçivəsində təşkil edilmiş görüşdə 16 Avropa ölkələrini təmsil edən jurnalistlər iştirak edib.