İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan Mətbuat Şurası 2009-cu ilin birinci yarısı üçün hesabatını açıqlayıb

21.07.2009 [20:25]

Fontu böyüt:      


Azərbaycan Mətbuat Şurası (MŞ) 2009-cu ilin birinci yarısı üçün hesabatını açıqlayıb. MŞ-dan xeberler.az-a daxil olan hesabatda bildirilir ki, ilin ilk yarısında Şuraya ümumilikdə 247 müraciət daxil olub.

Onlardan 81-i dövlət idarə, müəssisə və təşkilatlarından, 24-ü ictimai qurumlardan, 5-i siyasi partiyalardan, 13-ü yerli özünüidarəetmə orqanlarından, 35-i özəl müəssisələrdən, 89-u ayrı-ayrı vətəndaşlardan daxil olub. Daxil olan şikayətlərin 23-ü Şuranın səlahiyyətinə aid olmadığından, baxılmaq üçün müvafiq orqanlara göndərilib. Digər 224 müraciətin araşdırılması istiqamətində Şura Katibliyi tərəfindən müvafiq tədbirlər görülüb.

Şura Katibliyi 181 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 79 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 102 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

2009-cu ilin ilk yarısında Şuraya daxil olan şikayətlərin 102-si komissiyalarda araşdırılıb. Bunlardan 55-i Şikayətlər üzrə Komissiyada, 36-sı «Reket» jurnalistikaya qarşı mübarizə komissiyasında, 11-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında araşdırılıb.

Şikayətlər üzrə Komissiyada baxılan 55 məsələdən 31-i bu komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız rəylərin çıxarılması ilə kifayətlənib. Digər 24 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

“Reket” jurnalistikaya qarşı mübarizə Komissiyasında 36 şikayət araşdırılıb. Həmin şikayətlərə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub.

Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında 11 şikayət araşdırılıb. Onlardan 7-si həllini tapıb. 4-ü ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan, araşdırmalar davam edir. Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı isə 24-dür.

2009-cu ilin ilk altı ayı ərzində Şikayətlər üzrə Komissiyanın, «Reket» jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatları əsasında Mətbuat Şurasının İdarə Heyəti tərəfindən 17 məsələ ilə bağlı qəzetlərə qarşı qərarlar qəbul edilib. Şikayətlər üzrə Komissiyada 31 rəy, «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasında 5 ümumi rəy çıxarılaraq MŞ İdarə Heyətinə təqdim olunub.

2009-ci ilin ilk yarısında Mətbuat Şurasına daxil olan şikayətlərin şəhər və bölgələr üzrə təsnifatında birinci üç yeri Bakı (78 şikayət), Gəncə (11 şikayət), Lənkəran və Mingəçevir (9 şikayət) tutur. Ümumilikdə Şuraya 28 bölgədən 2-dən çox, 10 bölgədən isə hərəsindən 1 şikayət göndərilib.

Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ilin birinci yarısı ərzində iki dəfə «reket» nəşrlərin adlarını açıqlayıb. Fevralda 36, apreldə isə 19 nəşrin adı «reket» elan olunub. Şuranın İdarə Heyətinin müvafiq qərarı ilə mətbuatın «qara siyahı»sı tərtib olunub və həmin siyahıya MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən, «reket» elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı daxil edilib.

Mətbuatın 71 nəşrdən ibarət «qara siyahı»sı tanınıb, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün «reket» nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.

Hesabat dövründə MŞ-ya Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyə olunub. Fondun 3 aprel 2009-cu il tarixdə prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən, MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfəri KİV-lərdən, 9 nəfəri jurnalist təşkilatlarından olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək Prezident Administrasiyasına təqdim edib. Ölkə prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla 6 nəfəri Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.

Mətbuat Şurası bu ilin fevralından başlayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə «Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi» layihəsi çərçivəsində ölkənin 60-dək aparıcı media vasitəsində monitorinq keçirir. Monitorinqin gedişində peşə prinsiplərinin pozulmasına yol verən KİV-lərin rəhbərləri ilə görüşlər keçirilib. Həmçinin aylar üzrə monitorinqin nəticələri ictimaiyyətə açıqlanıb. Layihə çərçivəsində «Mətbuatda peşə etikası və qanunlarının gözlənilməsi» adlı bülleten hazırlanıb. Bülleten 45 səhifədən ibarətdir və sənəddə xüsusi vurğulanmalı cəhət orada monitorinqin üç aylıq müqayisəli hesabatının yer almasıdır.

Şura ölkənin aparıcı KİV-lərində bu il aprelin 30-dan mayın 15-dək olan dövrü əhatə edən xüsusi monitorinq də keçirib. Monitorinqdə məqsəd aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin mediada işıqlandırılması səviyyəsinə aydınlıq gətirmək, peşəkarlıq xüsusiyyətlərini dəyərləndirmək olub.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar