Fontu böyüt:
Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 74,0 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bugünkü mətbuat konfransında bildirib. Onun sözlərinə görə, informasiya və rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin 67,8 faizi mobil telefon rabitəsindən yaranıb və 2009-cu ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 34,0 faiz artaraq 564,3 milyon manat təşkil edib. 2010-cu il oktyabrın 1-nə 8,6 milyon mobil telefon nömrəsi mövcud olub və keçən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artıb.
Komitə sədri bildirib ki, son illər təhsil sistemində aparılan islahatlar nəticəsində ümumtəhsil müəssisələrinin informasiya və telekomunikasiya vasitələri ilə təchizatı yaxşılaşıb: “Ötən tədris ili ilə müqayisədə 2010/2011-ci ilin əvvəlində məktəblərdə kompüterlərin sayı 1,7 min ədəd artaraq 40,1 minə çatıb. Əgər 4 il əvvəl hər 101 şagirdə orta hesabla bir kompüter düşürdürsə, bu gün orta hesabla hər 33 şagird bir kompüterlə təmin olunub, kənd yerlərində isə 4 il ərzində bu göstərici 208-dən 35-ə çatıb.