İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

AZƏRBAYCAN İNFORMASİYA SAVAŞINDA ERMƏNİLƏRƏ ƏKS-HÜCUMA KEÇİR

18.10.2010 [18:34]

Fontu böyüt:      

Ermənistan Azərbaycan ərazilərinə hərbi təcavüz etməklə yanaşı informasiya məkanında da təcavüzkar siyasət aparıb. 90-cı illərin əvvəllərində beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki,

Ermənistan Azərbaycan ərazilərinə hərbi təcavüz etməklə yanaşı informasiya məkanında da təcavüzkar siyasət aparıb. 90-cı illərin əvvəllərində beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki, ancaq ermənilərin maraqlarına uyğun olan və əksər hallarda saxta informasiyalarla qidalanırdı. Bu səbəbdən də dünya ictimaiyyətində Azərbaycanın az qala təcavüzkar, işğalçı, vandal obrazı yaradılırdı.

Amma sonra vəziyyət nisbətən dəyişdi. Xüsusən də neft müqavilələrinin bağlanmasından sonra bu sahədə balanslaşma yarandı və indi Azərbaycanda internet resursları, təbliğat vasitələri artdığı üçün informasiya müharibəsindəki hesab da dəyişib.

Osman Gündüz: “Son illər savaşda irəliləmişik”

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, Azərbaycanda son 2-3 ildə bu sahədə gözlə görünən addımlar atılıb. Müsahibimizin sözlərinə görə, internetin binası qoyulan gündən virtual dünyada Azərbaycana qarşı savaş açan ermənilərin mövqeləri son illərdə əhəmiyyətli dərəcədə susdurulub: “Xarici ölkələrə gedib-gələnlər bildirir ki artıq erməni yalanları dünyada qəbul olunmur. Çünki ölkədə əhəmiyyətli sayıla biləcək sayda yeni informasiya resursları yaradılıb. Dövlət bu işə vəsait ayırır”.
O.Gündüz hesab edir ki, bu iş proqram xarakterli olmalıdır. Layihə yox, sistemli şəkildə işlər görülməlidir ki, dünyada Azərbaycan mətbuatının sözü keçsin.

Arif Əliyev: “Savaşı xarici auditoriyaya hesablamalıyıq”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, informasiya savaşı əslində çox dərin qatlarda gedir. Onun fikrincə, informasiya müharibəsinə çox uyduğumuz üçün yaradılmalı olan informasiya mühiti üzərində işlənilməyib. A.Əliyev hesab edir ki, bu informasiya müharibəsi iki cəmiyyətin içərisinə yönəlib, müharibəni isə KİV-lər aparır: “Məqsəd isə düşmən obrazını daha da dərinləşdirməkdir. Ermənistan mətbuatında təcavüzkar, işğalçı azərbaycanlı obrazı üzərində iş gedir. Azərbaycan mətbuatında da həmçinin. Amma mətbuat anlamır ki, mesaj xaricə göndərilməlidir. Bu mesajın da dili fərqli olmalıdır. Söyüş, təhqir dilinin beynəlxalq mətbuatda qəbulu mümkün deyil”.
Bununla belə, A.Əliyev ənənəvi informasiya kontaktlarının genişləndirilməsi baxımdan Azərbaycanın son illər müəyyən irəliləyişlər etdiyini söylədi. Onun sözlərinə görə, day.az professiportalı fəallığına və əhatə dairəsinə görə Qafqazda populyardır: “Diaspor Nazirliyinin yaradılması, gənclərin fəallığı da bu savaşda güclərin artmasına yardım etdi. Ermənilərin daha öncəki üstünlüyü diaspora kontaktları vasitəsilə yaranırdı. İndi Azərbaycanda da diaspor fəaliyyəti genişlənib. Hazırda informasiya qarşıdurması deyəndə tətbiq olunan formaların sivilliyi çılpaq faktlardan daha çox effekt göstərir”.

Mehman Əliyev: “Hakimiyyətin saytları söyüşlə məşğuldur”

“Turan” informasiya agentliyini direktoru Mehman Əliyev isə fərqli düşünür. Onun fikrincə, Azərbaycan hələ də informasiya müharibəsində irəli gedə bilmir. Dediyinə görə, informasiya savaşını təkcə KİV-də Ermənistanı söyməklə aparmaq düzgün deyil: “Turan” agentliyi olaraq bizim də Ermənistandakı KİV arasında partnyorlarımız var. Amma biz öz fəaliyyətimizdə korrekt davranırıq, söyüşə keçmirik. Çünki faktlarla, məntiqlə işləməliyik, təhqirlə yox. Azərbaycan mətbuatında da kifayət qədər tolerant yazılar var. Münasibətlər gərgin olsa da o müstəvidə yazılan bəzi yazılar normaldır".
M.Əliyev onu da xatırlatdı ki, vaxtilə erməni xüsusi xidmət orqanları tərəfindən yaradılan “Regnum” agentliyi bu mənada professionallıq nümayiş etdirib. M.Əliyevin sözlərinə görə, onların tənqidi də nisbətən səviyyəli olub: “Bizdə isə bu sahədəki peşəkarlıq o qədər də yüksək deyil”.

Qafar Çaxmaqlı: “Ermənilər eyni informasiyanı daxilə bir, xaricə başqa cür ötürür

Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı hesab edir ki, ermənilərin informasiya müharibəsində bizi üstələməsinin səbəbi Ermənistanda bu işin dövlət səviyyəsində sistemli şəkildə qurulması, araşdırma mərkəzləri vasitəsilə Azərbaycandakı, regiondakı vəziyyəti ciddi şəkildə öyrənib, buna görə informasiya və əks-informasiyalardan müdafiə olunmasıdır: “Onların güclü və çoxsaylı araşdırma mərkəzləri və bir ucu Avropada, bir ucu Vaşinqtonda olan geniş şəbəkələri var. Bir təxribat xarakterli informasiya hazırlayır və dərhal da dünya miqyasında ona reaksiya verilməsinə, yayılmasına nail ola bilirlər. Məsələn, Türkiyənin Ermənistanla sərhədi açacağına dair xəbəri erməni saytları yaydı, bir qədər keçdi və ”Wall Street Journal" konkret tarix göstərməklə oxşar informasiya dərc etdi, ortalıq daha da qarışdı. Bu da Ermənistanın həmin şəbəkəsinin necə çalışdığını göstərir. Biz isə özfəaliyyətlə məşğuluq. Ona görə də çətin vəziyyətə düşürük".
Q.Çaxmaqlı Ermənistanın “Mediamaks”, “Arminfo”, “Noyantapan”, “Panarmenian” kimi sayt və agentliklərinin, bir sıra analitik mərkəzlərinin informasiya savaşında əsas alətlər olduğunu deyir. Onun sözlərinə görə, bu KİV və bütün araşdırma mərkəzləri mühüm məsələlərdə dövlət strukturları tərəfindən yönəldilir. Üstəlik, erməni mətbuatı eyni informasiyanı bəzən daxili auditoriyaya bir, xarici auditoriyaya başqa cür çatdırır: “Məsələn, ”Azq" qəzeti erməni, ingilis, türk və rus dillərində çıxır. Bəzən eyni informasiya rus buraxılışında bir cür, türk buraxılışında bir ayrı cür, erməni buraxılışında isə tamam başqa formada verilir. Misal çəkim. Türkiyədə bir ara ermənilərdən üzr istəmə kampaniyası başlanmışdı. “Azq” qəzetinin türkcə buraxılışında bu hadisənin sadəcə xəbəri verilmişdi, ermənicə buraxılışında isə həmin şəxslərin dilindən “biz soyqırımı qəbul edirik, erməniləri öldürmüşük, tariximizdə soyqırımı olub” kimi ifadələr yazmışdılar. Belə metodlardan ermənilər hər zaman istifadə edirlər" (mediaforum.az).

Vikipediyaya diqqət!

Mütəxəssislər qeyd edir ki, hazırda Google Maps, Google Earth-də və digər internet məkanlarında Azərbaycan haqqında informasiya və şəkillər Ermənistanla müqayisədə azdır. Bunun da nəticəsində internet xəritələrində gah Azərbaycan ərazisi təhrif edilir, Qarabağ, eləcə də Naxçıvan Ermənistanın tərkib hissəsi kimi göstərilir. Bundan başqa, Azərbaycan ərazi adları tamamilə başqa dildə, başqa adda, bəzən də erməni mənşəli adlarla qeyd edilir.
Ermənilər tərəfindən Azərbaycanın coğrafi adlarını əks etdirən domen adları alınır, bu səhifələrdə təxribat xarakterli materiallar yerləşdirilir, Azərbaycan dövlət adamları təhqir edilir, on-line ensiklopediyalarda Azərbaycan haqqında olan informasiyalar məqsədli şəkildə dəyişdirilir, saytlara xaker hücumu təşkil olunur.
Keçək vikipediyaya. Vikipediya açıq on-line ensiklopediya olduğundan burda qeydiyyatdan keçən hər kəs məqalə yerləşdirə və ya şərh edə bilər. Azərbaycan vikipediyasında demək olar ki, hər gün erməni vandalizmi baş verir. Sonuncuların əsas məqsədi Azərbaycan həqiqətlərini inkar edərək xalqı təhqir etməkdir. Azərbaycan dilində vikipediyada təxminən 29 minə yaxın məqalə var. Erməni dilində isə 4 minə yaxın məqalə yerləşdirilib. Ermənilər ən çox rus və ingilis dillərində materiallar yerləşdirməkdə maraqlıdır. Çünki erməni əlifbasını oxuyan çox azdır.
Azərbaycan vikipediyasının administratorundan biri olan İradə Ələkbərova Azərbaycan vikipediyasında elm adamlarının fəaliyyətsizliyindən şikayətçidir. “Azərbaycanda ziyalılar ümumiyyətlə internetdə aktiv deyillər, qalsın ki, vikipediyada. Rusiya, Ukrayna, Belarus, Ermənistan kimi ölkələrlə müqayisə etdikdə vəziyyət tam aydınlaşır. Onlarda vikipediya stolüstü kitabdır, bildikləri mövzuları, yazdıqları məqalələri vikipediya ilə paylaşırlar. Bu həm də elmin inkişafına və mütəxəssislərin yaranmasına təkan verir. Azərbaycan üçün indiki şəraitdə tarix, ədəbiyyat, siyasət mövzusu çox aktualdır. Ermənistan bu sahədə internetdə daha çox aktivdir. Rus, ingilis vikipediyasını açanda erməni siyasətini, ”tarixini" təbliğ edən materiallar gəlir. Onlar hər hansı bir kitabı, məqaləni nəşr etməzdən əvvəl internetdə yayırlar, vikipediyaya atırlar. Azərbaycan haqqında axtarış verəndə öncə ermənilərin yazdığı məqalə gəlir. Bu da xarici istifadəçi üçün mənbədir, onun Azərbaycan haqqında fikirləri də buna əsasən formalaşır".
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə hesab edir ki, ermənilər Qarabağ müharibəsində həmişə informasiya müharibəsinə üstünlük veriblər: “Ermənilər müasir texnologiyalardan istifadə edərək öz çirkin əməllərini həyata keçirir. Bu baxımdan bizim vətəndaşlar internetdə, sosial şəbəkələrdə aktiv olmalıdır”.

Azərbaycanda erməni dilində sayt - informasiya savaşında yeni həmlə

Bu il martın 1-dən etibarən Azərbaycanda armenia.az adlı sayt fəaliyyət göstərir. Saytın qurucusu Elnur Baimov şəxsi imkanları hesabına armeni.az-ı yaradarkən qarşısına cəmi bir məqsəd qoyduğunu deyir: “Bilirsiniz ki, erməni KİV-i özlərinə sərf edən, əlverişli informasiyaları yayır, ictimai rəyi istədikləri kimi formalaşdırır. Bizsə onların etmədiyi bir şeyi etdik - onların öz dilində onlara Azərbaycan gerçəklərini çatdırdıq. Bu sayt Ermənistanda, eləcə də dünyanın digər nöqtələrində yaşayan ermənilər, habelə Dağlıq Qarabağda yaşayan ermənilər üçün nəzərdə tutulub. Onlar bu sayt vasitəsilə qərəzsiz, obyektiv informasiya ilə tanış ola bilirlər”.
Elnur Baimov deyir ki, saytın işçiləri erməni dilini mükəmməl səviyyədə bilən azərbaycanlı mütəxəssislərdir. Onun sözlərinə görə, artıq sayt Ermənistanda kifayət qədər tanınıb və yüksək reytinqə malikdir. E.Baimov sayta gündəlik 3000 oxucunun müraciət etdiyini və onların 90 faizinin Ermənistanda yaşayan ermənilərdən ibarət olduğunu dedi: “Hətta erməni oxucular da təəccüblənir ki, Azərbaycanda erməni ədəbi dilini bu cür yüksək səviyyədə bilən mütəxəssislər var. Bu, bir təbliğat vasitəsidir. Ermənilər mübarizəni söyməklə, təhqir etməklə aparırlar. Biz isə əksinə, informasiya müharibəsində effektli silahdan istifadə edirik. Bu həm də azərbaycanlıların bu məsələdə daha tolerant olmasının göstəricisidir”.
E.Baimovun sözlərinə görə, sayta yerləşdirilən xəbərlərə birbaşa özü nəzarət edir. Bu səbəbdən də orada Azərbaycanın əleyhinə olan, ona başaşağılığı gətirəcək heç bir informasiyanın yayımından söhbət gedə bilməz. “10 illik media təcrübəm var, informasiya siyasətini necə qurmaq lazım gəldiyini bilirəm” - deyən E.Baimovun sözlərinə görə, saytın xəbərlərindən erməni mətbuatı tez-tez istifadə edir: “Daha çox iqtisadiyyat xəbərlərindən yararlanırlar. Bundan başqa, Ermənistan müxalifəti, ”Azadlıq" radiosunun Ermənistan bürosu da bizim xəbərlərə istinad edir".

Ermənilər Azərbaycan dilində TV açmağa pul tapa bilmir

Bu arada onu da deyək ki, hələ ötən ildən etibarən ermənilərin Xankəndində Azərbaycan dilində telekanal açacaqları ilə bağlı xəbərlər yayılıb. Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın göstərişi ilə bu işə başlansa da ortada real nəticə yoxdur. Buna səbəb maliyyə vəsaitinin çatışmazlığıdır. Ermənilərin ilkin hesablamaları göstərib ki, sutkada 12 saat efirdə olacaq telekanalın işə salınması üçün minimum 300 min dollar lazımdır.
Ermənilərin “Artsax” telekanalının şöbə müdiri Artyom Qazaryan isə etiraf edib ki, Azərbaycan telekanalları qarabağlı ermənilərə təbliğatı və ideoloji təsiri mövcuddur. Buna səbəb isə Azərbaycanın Dağlıq Qarabağ ərazisində güclü retranslyator qüllələr quraşdıraraq əsas telekanalları əraziyə yaymasıdır.

Sevinc TELMANQIZI, Yeni Müsavat 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar