Fontu böyüt:
2009-cu il 30 dekabr tarixində keçirilmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclasında Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin tənzimlənməsi məsələlərinə baxılıb.
İclasda yeni tariflər təsdiq edilib. Şuranın qərarına əsasən, şəbəkənin yerlərdəki avadanlıqlarına qədər olan qoşulma üçün simmetrik rəqəmsal portdan aylıq istifadə tarifləri 10 mb/s Ethernet port üçün 250 manat, 100 mb/s Ethernet port üçün 400 manat, 2 mb/s E1 port üçün 280 manat, 2 mb/s xDSL port üçün 170 manat səviyyəsində müəyyən edilib.Yeni tariflər 2010-cu ilin yanvar ayının 1-dən qüvvəyə minib.